Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
21-09-2020, 12:02
127

Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikası Prezidentinin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli KİV-ə müsahibəsi ilə bağlı Ermənistan XİN-in açıqlamasını şərh edib.
L. Abdullayeva bildirib ki, Azərbaycan Respublikasının Prezidentİlham Əliyev bu ilin 19 sentyabr tarixində “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli KİV-ə müsahiəsində hər zamankı kimi tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa edib.
Ermənistan XİN-in bu xüsusda yaydığı ənənəvi saxta və riyakar açıqlama isə bu ölkənin acı həqiqətləri hələ də qəbul etmək iqtidarında olmadığını nümayiş etdirir.
Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirən, bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir ki, dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədən bir ölkədir.
Bu ölkənin öncəki kriminal xunta rejimi kimi, hazırkı təxribatçı rəhbərliyi də bölgədəki vəziyyəti və ətrafda cərəyan edən hadisələri düzgün qiymətləndirmək və öz xalqının maraqlarını təmin etməkdən çox uzaqdır. Təəssüf doğuran bir haldır ki, milli maraqlar əsasında müstəqil siyasət yürütmək, bölgədə sülh, təhlükəsizlik və rifahın verə biləcəyi faydanı dərk etmək hələ də Ermənistana nəsib olmayıb.
Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır və beləliklə də elə Ermənistanın səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək imkanını heçə endirir.
Ermənistan Baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir və bunun məsuliyyəti bilavasitə Ermənistan rəhbərliyinin üzərindədir”, - deyə XİN rəsmisi vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
“Ermənistan yeni müharibəyə hazırlaşır, hər şeyi görürük” - İlham Əliyev
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? - Rəsmi
Azərbaycan Türkiyənin addımlarını qətiyyətlə dəstəkləyir – XİN
"Təxribatla bağlı Lüksemburq səfirinə tapşırıq verildi" - XİN
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Azərbaycan vətəndaşları xaricə necə gedə bilər? - RƏSMİ CAVAB
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Türkiyədən Ermənistana daha bir sərt mesaj
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Sergey Şoyqu Azərbaycana gəldi
Müdafiə Nazirliyi Serj Sarqsyana cavab verib
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
XİN: Ermənistanın təhrikedici cəhdləri ilə bağlı həmsədrlər məlumatlandırılıb
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
Türkiyə XİN-in sözçüsü: “Ermənistan bu dəfə də həddini aşır”