Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
18-10-2019, 11:30
6 152

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir

Oxşar xəbərlər

Universitetdə toplantı
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
Türkiyəli nazir Azərbaycanı təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycanda Dövlət Bayrağı günüdür
İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı - FOTO
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib
İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
3 gün iş olmayacaq
Baş Nazirdən yeni qərar
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri
Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Əli Əsədovdan iki mühüm QƏRAR
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! - FOTO
Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?
"“Parça” “bayraq” sözü ilə əvəz olunmalıdır" - Deputatdan TƏKLİF