“Silahlı birləşmələrimiz döyüş tapşırığını şərəflə yerinə yetirir”- Prezident
30-09-2020, 16:26
280

“Silahlı birləşmələrimiz döyüş tapşırığını şərəflə yerinə yetirir”- Prezident


Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir.
Gündəlik Bakı xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Dövlətimizin başçısı bildirib ki, bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir.
"Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz tikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Oxşar xəbərlər

Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası KEÇİRİLDİ (YENİLƏNİB)
"Ermənistan hökuməti şərtimə əməl edərsə..." - İlham Əliyev
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
Zakir Həsənov: “Silahlı Qüvvələrimiz Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Prezident Azərbaycan xalqını təbrik ETDİ
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
"Bizim erməni xalqı ilə işimiz yoxdur" - Prezident
"Biz istədiyimizə nail olacağıq" - İlham Əliyev
Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən DANIŞDI
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
Ukraynadan İrəvana uçuşlar dayandırıldı
Azərbaycan ordusunun xərcləri artırılıb
“Bu günlərdə bizə dəstək olanları heç vaxt unutmayacağıq” - Dövlət başçısı
“Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir” - İlham Əliyev
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
“Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib” - Gürcü ekspert
İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma
“Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” – İlham Əliyev
"Milan"ın futbolçusuna silahlı hücum
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Daha bir erməni generalı məhv edildi - FOTO
Hərbi bazaya HÜCUM: 7 ölü, 25 yaralı
Bu, Ermənistanın dövlət siyasətidir - İlham Əliyev