Qətər Azərbaycana yeni səfir göndərib
19-10-2019, 16:00
10 320

Qətər Azərbaycana yeni səfir göndərib

Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) Unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Səfir etimadnaməsinin surətini nazir E. Məmmədyarova təqdim edib.
Qətərlə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb. E. Məmmədyarov Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib.
Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Azərbaycan Qazaxıstana nota verdi
Elmar Məmmədyarov çağırış etdi
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub - Sabiq nazir də istintaqa çəkilir
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Əfqanıstan Azərbaycana yeni səfir təyin edib
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu
Elmar Məmmədyarov Türkiyəyə gedib
Elmar Məmmədyarov danışdı: “Hara gedirəm?”
Nazir Çinə səfər edəcək
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
Gömrük əməkdaşları üçün seminar keçirilir
QƏTƏRDƏ HƏRBİ QİYAM – Hərbçilər arasında döyüşlər gedir
Elmar Məmmədyarov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Son 7 talibançı ilə bağlı danışıqlar gedir
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Azərbaycan XİN-də bir ailədən 3 diplomat: İki səfir, bir rəis müavini
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
İsrail-BƏƏ “sülhsevərliyi”ndən gələn qan iyi -“Tarixi saziş”in arxa planı