"Biz öz torpağımızda vuruşuruq" - Prezident
30-09-2020, 16:30
142

"Biz öz torpağımızda vuruşuruq" - Prezident

Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.
Gündəlik Bak xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib.
Dövlət başçısı deyib: “Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbr versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir”.

Oxşar xəbərlər

"Bizim erməni xalqı ilə işimiz yoxdur" - Prezident
"Ermənistan hökuməti şərtimə əməl edərsə..." - İlham Əliyev
“Bu günlərdə bizə dəstək olanları heç vaxt unutmayacağıq” - Dövlət başçısı
"Biz zəfər çalacağıq" - Prezidentin xalqa MÜRACİƏTİ
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
“Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir” - İlham Əliyev
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
Ərdoğan İlham Əliyevə zəng etdi
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Baş Prokuror və Hərbi Prokuror cəbhə xəttində - FOTO
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası KEÇİRİLDİ (YENİLƏNİB)
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Rusiya telekanallarında İlham Əliyevin müsahibəsi yayımlandı
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Prezident İlham Əliyev: "Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq"
"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" — Partiya sədrindən ÇAĞIRIŞ