İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
30-09-2020, 16:30
220

İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ

"Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan heç kəs bizi çıxara bilməz".
Gündəlik Bakı xəbər verir ki, bunu  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı söyləyib.
"Erməni xalqına üzümü tutub demək istəyirəm ki, onlar öz rəhbərliklərinin çirkin əməllərinin girovlarına çevrilməsinlər. Bu gün onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpaqlarında?! Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib. Bir neçə yaşayış məntəqəsini işğalçıdan azad edib. Biz uzun fasilədən sonra bu torpaqlara qayıtmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik, erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, bir milyondan çox insanı öz doğma yurd-yuvasından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik. Qarabağ bizim doğma, əzəli tarixi torpağımızdır”, - prezident bildirib.  
"Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin", - ölkə başçısı əlavə edib. 

Oxşar xəbərlər

"Biz istədiyimizə nail olacağıq" - İlham Əliyev
"Bizim erməni xalqı ilə işimiz yoxdur" - Prezident
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
"İşğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik” - Mehriban Əliyeva
"Ermənistan hökuməti şərtimə əməl edərsə..." - İlham Əliyev
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası KEÇİRİLDİ (YENİLƏNİB)
“Bu günlərdə bizə dəstək olanları heç vaxt unutmayacağıq” - Dövlət başçısı
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
"Biz zəfər çalacağıq" - Prezidentin xalqa MÜRACİƏTİ
“Ermənistan yeni müharibəyə hazırlaşır, hər şeyi görürük” - İlham Əliyev
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
Ərdoğan İlham Əliyevə zəng etdi
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Ermənistana "müharibə" əmri verilib — Azərbaycan terrorçularla savaşacaq
Müasir dünyanın dili ilə danışmağı bacaran İlham Əliyev və  MAĞARA LİDERİ Paşinyan
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən DANIŞDI
Bakının işğaldan azad edilməsindən 102 il ötür
Daha bir kəndimiz azad olundu - YENİLƏNİB (RƏSMİ)
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Erməni hakerlər Qırğızıstan KİV-nə hücum edib