Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ
1-10-2020, 16:47
215

Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə  düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən Gundelik-baku.com-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaşayış evlərini intensiv atəşə tutması nəticəsində çoxsaylı evlərə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Oxşar xəbərlər

Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
Ağdamda düşmən atəşi nəticəsində ata və oğlu həlak oldu
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Düşmən Tərtərdə məcburi köçkünlərin qəsəbəsinə top mərmiləri atdı
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Səfərbərlik Xidməti məlumat YAYDI
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Nazir Ermənistanın təxribatı nəticəsində həlak olanların sayını AÇIQLADI
Azərbaycan Ermənistanın iki zabitini beynəlxalq axtarışa verdi
Azərbaycan və Türkiyə vəkillər Ermənistanın müharibə cinayətlərini birlikdə beynəlxalq hüquq ictimaiyyətinə çatdıracaqlar
Ermənilər bu rayonlarımızı atəşə tutdu
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
Ermənilər mövqelərimizi atəşə tutub
Erməni diversiya qrupu təxribat törətdi
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Düşmən Gorusdan Azərbaycan ərazisini raket atəşinə tutdu - RƏSMİ
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”