Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
19-10-2019, 16:00
10 186

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonislə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qonağı salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi görməyimə şadam. Xoş gəlmisiniz.
Raymonds Veyonis: Yenidən Bakıda olmaq xoşdur.
Prezident İlham Əliyev: Mən öyrəndim ki, siz ölkəmizdə səfərdəsiniz. Sizi görməyimə çox şadam.
Raymonds Veyonis: Dünən gəlmişəm və iki mühazirə oxumuşam.
Prezident İlham Əliyev: Bəli, bilirəm, ADA-da.
Raymonds Veyonis: Təkcə ADA-da deyil, həm də Qərbi Kaspi Universitetində.
Prezident İlham Əliyev: Çox yaxşı.
Raymonds Veyonis: Mən Azərbaycan və Latviya tarixi, mədəni əməkdaşlıqla bağlı fikirlərimi bildirdim.
Prezident İlham Əliyev: Mən bizim birgə işimizi xatırlayıram. Sizin Azərbaycana rəsmi səfərinizi, mənim Latviyaya rəsmi səfərimi xatırlayıram. Düşünürəm ki, birgə fəaliyyətimiz ərzində biz münasibətlərimizi irəli aparmağa nail olmuşuq.
Raymonds Veyonis: Çox iş görmüşük.
Prezident İlham Əliyev: Biz siyasi, eləcə də iqtisadi əlaqələr baxımından çox iş görmüşük. Mən, həmçinin şadam ki, biz razılaşdırdığımız bütün işləri həyata keçirmişik. Xatırlayıram ki, ölkənizə son səfərim zamanı biz Azərbaycan Ticarət Evinin açılması ilə bağlı sizinlə razılığa gəldik.
Raymonds Veyonis: Bəli, Ticarət Evi.
Prezident İlham Əliyev: Bir müddət sonra o açıldı. Bu, sizin regionda ilk Azərbaycan Ticarət Evidir. Hazırda bizim Polşada, Çində, Rusiyada, Ukraynada, Birləşmiş Ərəb Əmirliklərində, bəzi başqa ölkələrdə ticarət evlərimiz var. Mən şadam ki, sizin regionunuzda bu, Latviyadadır, çünki bizim həqiqətən də sıx əlaqələrimiz var. Bildiyiniz kimi, Latviyanın sabiq Prezidenti xanım Vike Freyberqa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi çox fəaldır. Beləliklə, əlaqələrimizin yaxşı tarixçəsi var. Əminəm ki, qarşıdakı illərdə ölkələrimiz sıx əməkdaşlığı davam etdirəcək.
Raymonds Veyonis: Əlaqələr, həqiqətən də, çox yaxşıdır. Bu gün tələbələrə dediyim kimi, biz həqiqətən də müxtəlif səviyyələrdə hər zaman inkişaf etdirilməsi mümkün olan əla tərəfdaşlığa ümid bəsləyirik və düşünürəm ki, hər iki tərəf bu tərəfdaşlıqdan zövq alacaq. Bizim ölkəmiz üçün Azərbaycan bu regionda çox yaxın strateji tərəfdaş olub, tərəfdaşdır və tərəfdaş olacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
Prezident İlham Əliyev İsveçrənin Kantonlar Şurasının sədrini qəbul edib
Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etdi
Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
İlham Əliyev üç ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Mun Hini qəbul etdi
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariyanı qəbul edib
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib - YENİLƏNİB
İlham Əliyev yeni baş prokuroru videoformatda qəbul etdi - FOTO
Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
İlham Əliyev İranın yeni səfiri ilə görüşdü - FOTO
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO