Dövlət başçısı Makrondan sübut tələb etdi
3-10-2020, 11:30
109

Dövlət başçısı Makrondan sübut tələb etdi

“Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb”. 
Unikal.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində suriyalı döyüşçülərlə bağlı iddiaya cavab verərkən deyib. 
Dövlət başçısı jurnalistin “Amma onlar bunu sübut etmək üçün dəlillərinin olduğunu deyirlər” sualına tutarlı cavab verib:
–Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan deyil, əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa Prezidenti də bəyanat verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik.
– Siz də Ermənistanın gətirdiyi əcnəbi muzdlularla bağlı dəlilləri ortaya qoyacaqsınızmı?
-Bizdə artıq bəzi kəşfiyyat məlumatları var və bundan əlavə dünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalıdırlar.

Oxşar xəbərlər

"Ermənilər özləri Yaxın Şərqdən insanları cəlb edirlər" - İlham Əliyev
Serbiyada qırıcı təyyarə qəzaya uğradı: 2 pilot öldü
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh edib
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
“BakuBus” avtobusu qəzaya uğradı - VİDEO
Ərdoğan İlham Əliyevə zəng etdi
Rusiya Azərbaycanda çevriliş etmək istəyib: Ramiz Mehdiyev və Eldar Həsənov... - Açıqlama
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Suriyada ABŞ helikopetri qəzaya uğrayıb
“Oktyabrın 20-dən sonra toylar başlayacaq“ - Ədalət Şükürov
"Ermənistan müharibəyə hazırlaşır"
“Muğanbank”da yaşlı müştərinin 10 min manatı necə yoxa çıxdı?
"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
Azərbaycanda və dünyada yoluxma niyə artır? - SƏBƏB TAPILDI
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
Navalnı Rusiyadan zəhərləndiyi gün geyindiyi paltarları istədi
Qazaxıstanda MiQ-31 qəzaya uğradı
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - “İki ildir ki...” - AÇIQLAMA
“Ermənistan yeni müharibəyə hazırlaşır, hər şeyi görürük” - İlham Əliyev
Ərdoğan Əsədlə dostluq əlaqələrinin pozulmasından DANIŞDI: "Tövsiyyə verdim, qulaq asmadı"
"Ermənistan hökuməti şərtimə əməl edərsə..." - İlham Əliyev
"İndiki estrada ifaçılarının səviyyəsi aşağıdır" - Eldar Mansurov
Tofiq Yaqublu komaya düşə bilər
Almaniyada F-16 qırıcısı qəzaya uğrayıb
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"
Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”-dən reaksiya: "Mənim adımdan "keçmiş olsun" deyərsiniz"
“Kristal Abşeron-1”-dən narazılıq var - VİDEO