İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib
7-10-2020, 22:01
253

İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib

Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində Rusiya, İran və ABŞ-ın münaqişə ilə bağlı tutduqları mövqeyi şərh edib.
Gündəlik Bakı xəbər verir ki, Rusiyanın da ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası icra etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”.
Prezident qeyd edib ki, İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir.
Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın mövqeyinə münasibət bildirən Prezident İlham Əliyev deyib: “Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq”.
 

Oxşar xəbərlər

“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
İlham Əliyevdən ATƏT-in MİNSK qrupuna: Onları dayandıran yoxdur
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək
Makron Dağlıq Qarabağla bağlı təşəbbüslə çıxış edib
Rusiya Ermənistana silahları bu yolla verib - Foto
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
İlham Əliyev Putinə zəng edib
Fransa üçün Qarabağ yaddan çıxdı?
Türkiyə həmsədr olmalıdırmı və “dostlar” niyə belə etdilər? - Təhlil
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
Rusiyanın Baş prokuroru azərbaycanlı həmkarına məktub göndərib
Rus aparıcı Lukaşenkonun Moskvaya qaçan oğlunu lağa qoydu
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verib
Həmsədrlər Qarabağa səfər edəcəklər
"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır" - Samir Əsədli
"Belarusda Rusiya qüvvələrinə ehtiyac yoxdur" - Putin
Ərdoğandan şok açıqlama: Nə Rusiya, nə də İran…
"Bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır" - Ölkə başçısı
Azərbaycanla Rusiya arasında uçuşların bərpası gözlənilir
İşğalçı Ermənistan ordusu bu torpaqlarımızdan çıxır? – Erməni mətbuaatı yazır...
Dünyada koronavirusa yoluxanların sayı 32 milyonu keçdi
Amerikanın məşhur qəzeti Ramiz Mehdiyevdən yazdı: “Kreml onu aktivləşdirib...”
“Rusiya postsovet dövlətlərini işğal altındakı Krımın vəziyyətində görmək istəyir” – Hərbi ekspert