Prezident: “Azərbaycan xalqı mənə inanır”
9-10-2020, 21:10
120

Prezident: “Azərbaycan xalqı mənə inanır”

Biz nə vaxt nəyi edəcəyimizi yaxşı bilirik. Ona görə bu gün də bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.
Gündəlik Bakı xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.
Münaqişənin həlli yollarına da toxunan dövlətimizin başçısı deyib: “Azərbaycan xalqı da bunu dəfələrlə eşidib vasitəçilərdən, demək olar ki, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, mən bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən. Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Aqressoru məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrin yerinə yetirsin? Yox. Bəs, necə həll olunur bu məsələ indi? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı aqresora biz lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik qaçardımı indi Moskvaya danışıqlar aparmaq üçün? Oturacaqdı, özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən? Hanı sənin təkəbbürün? Hanı sənin “qəhrəmanlığın”? “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir”.

Oxşar xəbərlər

"Ermənistan hökuməti şərtimə əməl edərsə..." - İlham Əliyev
“Bu günlərdə bizə dəstək olanları heç vaxt unutmayacağıq” - Dövlət başçısı
"Bizim erməni xalqı ilə işimiz yoxdur" - Prezident
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
“Hər şey plan üzrə gedir” - İlham Əliyev
İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
“Silahlı birləşmələrimiz döyüş tapşırığını şərəflə yerinə yetirir”- Prezident
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Prezident Azərbaycan xalqını təbrik ETDİ
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
"İndi onlar ciddi məğlubiyyət acısını yaşayırlar" - İlham Əliyev
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası KEÇİRİLDİ (YENİLƏNİB)
Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək gücündə və qüdrətindədir
"Biz zəfər çalacağıq" - Prezidentin xalqa MÜRACİƏTİ
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
"Ermənistanın işğalı dayandırılmalıdır" - Albaniyanın sabiq prezidenti
“Biz geri qaytardığımız torpaqlarda yaşayacağıq!” - İlham Əliyev
Prezident İlham Əliyev Emoməli Rəhmona təbrik ünvanlayıb
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
İlham Əliyevdən  müəllim və şagirdlərə müraciət - VİDEO
Prezident: Bu, bizim torpağımızdır, biz onu itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
"Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib" - İlham Əliyev
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident