Baş Nazirdən Madagizlə bağlı SƏRƏNCAM
16-10-2020, 12:55
47

Baş Nazirdən Madagizlə bağlı SƏRƏNCAM

Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanunun tətbiqi ilə bağlı bəzi məsələlər barədə sərəncam imzalayıb.
Gündəlik Bakı xəbər verir ki, sərəncama əsasən, qanunun tətbiqinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmçinin, razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müvafiq maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilir və Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar xəbərlər

Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Əli Əsədovdan mühüm sərəncam
Baş Nazirdən yeni QƏRAR
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi genişləndirilir - FƏRMAN
İcra məmurlarına rəqib gəlir - ÖZƏL İCRA XİDMƏTİ
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
Azərbaycanda yeni holdinq yaradıldı - Prezidentdən FƏRMAN
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
Prezident sərəncam imzaladı: büdcədən 2,2 milyon manat ayrıldı
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Baş Nazirdən şad xəbər: - Rüsum ləğv edildi
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Veniamin Mayorov “Şöhrət” ordeni ilə təltif edilib
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam