Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
27-10-2020, 10:59
215

Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM

“Türkiyənin Fransa istehsalı olan malları boykot etməsinə qarşılıq verməyəcəyik”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Fransanın ticarət naziri Frank Rister Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot çağırışına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti və R.T.Ərdoğanla görüşləri davam etdirəcəklər.

Qeyd edək ki, Aralıq dənizinin şərqində və Liviyadakı hadisələr, habelə Məhəmməd peyğəmbərin təhqir edilməsi ilə bağlı Parisdə yayılan şəkillər səbəbindən iki ölkə arasında gərginlik yaşanır. Fransa prezidenti Emmanuel Makron ötən ay rəsmi Ankaranın Aralıq dənizinin şərqində özünü “NARO müttəfiqi kimi aparmadığını” bildirib. Oktyabrın 26-da Rəcəb Tayyib ərdoğan ölkə vətəndaşlarına Fransa istehsalı olan məhsulları boykot etməyə çağırış edib.

Xatırladaq ki, Fransa Avropada Türkiyənin 3-cü böyük ticarət ortağıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 14,677 milyard avro olub. Bu, 10 il əvvəllə müqayisədə 47,4% çoxdur və ticarət dövriyyəsinin 17 milyard avroya qədər artırılması planlaşdırılır.

2014-cü ildən indiyə qədər Türkiyənin Fransaya ixracının dəyəri Fransanın Türkiyəyə ixracının dəyərini üstələyib. Məsələn, 2019-cu ildə sözügedən rəqəmlər müvafiq olaraq 8,7 milyard avro və 5,9 milyard avro olub.

Oxşar xəbərlər

Qətərdə Fransa malları boykot edilir
Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı
Ərdoğan Makrona səsləndi: "Türkiyəyə qarşı durmağa çalışma"
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər
Aralıq dənizində Türkiyə-Yunanıstan gərginliyi haraya qədər uzanacaq?
“Makronun ağılsız açıqlamaları onun təcrübəsiz olduğunu göstərir“ - İran rəsmisi
Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Ərdoğan ABŞ-a gedir: Çantada nələr var? - Ən kritik görüş...
Ərdoğanın bu hərəkəti gündəm oldu
Merkel Ərdoğana zəng vurdu - “Hücumu dərhal dayandırın”
"Ermənistan ağır məğlubiyyətə düçar olub” - Ərdoğan
7 dövlət Türkiyəyə qarşı birləşdi
Ərdoğanla Putin telefonla danışıb
Moskva azərbaycanlıları erməni iş adamlarını MÜFLİS ETDİ
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Ərdoğanı ABŞ-da belə qarşıladılar
Ərdoğan İlham Əliyevə zəng etdi
Tramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər
“Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur” - Tramp
Fransa klubunda koronavirusa yoluxanların sayı artıb
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan yenidən Rusiyaya gedəcək
Fransa oyundan əvvəl türklərdən xahiş etdi
Bu ölkədən Türkiyəyə dəstək gəldi: Dünyanın imperatoru...
Makron Dağlıq Qarabağla bağlı təşəbbüslə çıxış edib
Dünya çempionu koronavirusa yoluxdu
Suriyanın 109 km ərazisi terrorçulardan azad edilib - Ərdoğan