Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI
28-10-2020, 14:52
323

Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib çatıb”.
Gündəlik Bakı xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, 30 ildən çoxdur ki, azərbaycanlılar yaşadıqları Dağlıq Qarabağ və ətraf rayonlardan qovulublar:
“Buna baxmayaq, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa münaqişəni həll etmədilər. Hər iclasda danışdılar, sonra da çıxıb getdilər. Təbii ki, Azərbaycan da öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Ermənistan hücum etdi, Azərbaycan da özünü müdafiə etdi”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını da açıqlayıb.
Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar:
“Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa göz yummayacağıq” – deyə Ərdoğan vurğulayıb.
Ərdoğn bildirib ki, Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib:
“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq. Zəfər Azərbaycanındır! Rəbbim yar və yardımçıları olsun”, - deyə Türkiyə Prezidenti qeyd edib. (APA)

Oxşar xəbərlər

Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan nüfuzlu kürsüdə Qarabağdan danışdı
Ərdoğan İlham Əliyevə zəng etdi
"Ermənistan ağır məğlubiyyətə düçar olub” - Ərdoğan
Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
"Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?" - Ərdoğan
Ərdoğanla Putin telefonla danışıb
Ərdoğan Makrona səsləndi: "Türkiyəyə qarşı durmağa çalışma"
“Bu regionda davamlı sülhün yolu..." - Ərdoğan
Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı
Ərdoğandan peyvənd açıqlaması
Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
Tramp Ərdoğanın mesajını paylaşdı
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
"Erməni zülmünə seyrçi qala bilmərik" - Ərdoğan
“Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər” - Ərdoğan
Ərdoğan yenidən Rusiyaya gedəcək
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
Ərdoğan Trampla söhbətdə Aralıq dənizindəki gərginlikdən danışdı
Ərdoğanla Tramp razılığa gəldi
Həmsədrlər Qarabağa səfər edəcəklər
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
Paşinyan yenə Putinə zəng etdi
Hərəkətə keçməyimiz an məsələsidir - Ərdoğan sərt danışdı
Makron Dağlıq Qarabağla bağlı təşəbbüslə çıxış edib
Türkiyə iri qaz yatağı tapdı
Ərdoğan Tramp qədər sərt biri olduğunu göstərdi - Puşkov
Soçidə Putinlə Ərdoğanın görüşü başladı