Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
23-10-2019, 09:30
10 483

Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ABŞ konqresmenlərinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib. 
Unikal.org xəbər verir ki, o, report-un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bütün xarici ölkə vətəndaşlarına münasibətdə eyni yanaşma tətbiq olunur: "ABŞ Konqresinin üzvləri Frenk Pallon və Ceki Spier bir neçə il bundan öncə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdikləri üçün adları “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşlar” siyahısına daxil edilmişdi. Bu yaxınlarda qanunsuz səfər edən Judi Çunun adı da sözügedən siyahıya daxil edilib. Konqresin bu üzvlərinə münasibətdə Azərbaycan ərazisinə giriş məhdudiyyəti tətbiq edilməklə yanaşı, bu məsələ ilə bağlı narazılıqlarımız Dövlət Departamentində və Ağ Evdə keçirilən görüşlər zamanı tərəfimizdən qaldırılıb. Ölkəmizin ABŞ-dakı Səfirliyi Dövlət Departamenti və Konqresə rəsmi məktublar ünvanlayıb".
Biz hiss edirik ki, Administrasiyanın özü də Konqres üzvlərinin ABŞ-ın rəsmi siyasətinə uyğun gəlməyən və təxribat xarakterli addımlarından məyusdur. Faktiki olaraq, Konqresin bəzi ermənipərəst üzvlərinin bu kimi məsuliyyətsiz davranışı ABŞ siyasətinə zidd olmaqla yanaşı, həm də ATƏT-in Minsk Qrupunun həmsədri qismində bu ölkənin ümumilikdə sülh prosesindəki səylərinə xələl gətirir. Baxmayaraq ki, bir müddət öncə Konqresin üzvü Judi Çu bölgədə dayanıqlı sülhü görmək istədiyini bəyan etsə də, təəssüf ki, elə onun öz hərəkətləri sülh perspektivlərini və ABŞ-ın vasitəçiliyini zəiflədir. Bizə aydındır ki, işğal edilmiş ərazilərimizə gedən Konqres üzvlərinin səfəri Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib", - deyə L.Abdullayeva qeyd edib.

Oxşar xəbərlər

Həmsədrlər Qarabağa səfər edəcəklər
XİN: Polşalı baş redaktorun adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalını tanıdı - FOTO
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Qarabağa gedən türk jurnalist məhkəməyə verildi – Şok səbəb
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
"Təxribatla bağlı Lüksemburq səfirinə tapşırıq verildi" - XİN
Ukrayna sərhədlərini xarici ölkələrin vətəndaşlarına bağlayır
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Ceyhun Bayramov Rusiyaya səfər edəcək
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək
Cavad Zərif sabah Livana səfər edəcək
Azərbaycana qarşı növbəti erməni-yunan TƏXRİBATI: - “Kiprə təcili nota verilməlidir”
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib
Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı
İran vətəndaşları üçün viza rüsumunun məbləği AZALDILDI
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?