Yəhudi politoloqdan Paşinyana SƏRT CAVAB
5-11-2020, 15:55
115

Yəhudi politoloqdan Paşinyana SƏRT CAVAB

"Ermənistanın baş naziri “The Jerusalem Post” qəzetinə müsahibəsində İsrail müdafiə sənayesinin Azərbaycana silah satmasını nəzərdə tutaraq bunu “iblislə müttəfiq” adlandırıb. O, yəhudi dövlətinin bu “günahkar ittifaq”dan zərər çəkəcəyini deyib".
 Bunu İsrailli jurnalist, politoloq Roman Qureviç öz qeydlərində yazıb. Politoloq məqalədə İsrail-Ermənistan münasibətlərinə toxunub.
Bir müddət öncə İsrail prezidenti  Reuven Rivlin Ermənistan prezidenti Armen Sarkisyanla telefon danışığı zamanı Azərbaycanın İsraillə münasibətlərinin uzunmüddətli xarakter daşıdığını qeyd edib. Həmçinin, İsrail-Azərbaycan arasındakı bu əməkdaşlığın hər hansı tərəfə qarşı yönəldilmədiyini vurğulayıb.
R.Rivlin qeyd edib ki, İsrail Ermənistanla əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Hətta İsrail dövləti adından Ermənistana humanitar yardım edilməsi də təklif olunub. Lakin  baş nazir Paşinyan yəhudi dövlətinin humanitar yardımından kəskin şəkildə imtina edib.
Bundan başqa, Ermənistan İsrailin Azərbaycana silah satmasına etiraz əlaməti olaraq İsraildəki səfirini geri çağırıb. Azərbaycana Rusiya, ABŞ, Çexiya, Belarus, Polşa və digər başqa ölkələr də silah satır. Nəyə görə yalnız səfir Yerusəlimdən geri çağırılır? Rusiya Azərbaycana daha çox silah satır, nəinki  İsrail. O zaman niyə ABŞ-dan, Rusiyadan səfirlər geri çağırılırmır?
Azərbaycana silah satmaq “iblislə şər ittifaqıdır"sa o zaman bu cür qəzəb dolu ifadələr nədən Rusiyanın, Belarusun, ABŞ-ın və Azərbaycanla müttəfiq olan digər ölkələrin ünvanına səslənmir? Nəyə görə yalnız bizim ölkəmizə qarşı ayrıseçki mövqe sərgilənir? Səbəb isə budur ki, Paşinyan öz yaxın müttəfiqini razı salmaq üçün İsraili və yəhudiləri “rahat hədəf” seçir. 
İsrailin prezidenti humanitar kömək təklif edir, Ermənistanla əməkdaşlığın inkişafından danışır, amma kəskin və rədd cavab alır, əhaliyə uzadılan yardım əlini geri çevirir. Belə bir addım isə çətin ki, bizim ölkələrimizi bir-birinə yaxınlaşdırar.
Yahudi xalqında belə bir ifadə var -  "çətin anlarında insanı mühakimə etmək olmaz". Paşinyan üçün indi çox çətin anlardır,  ağır zamandır. O,  hakimiyyəti güclə saxlayır. Ölkədə iqtisadi vəziyyət acınacaqlıdır, koronavirus epidemiyası nəzarətdən  çıxır, bir yandan daxili müxalifət, digər yandan Qarabağda ordunun məğlubiyyəti, itkilər onun nüfuzuna güclü zərbə vurur. Hakimiyyət Paşinyanın əlindən çıxır, kəskin, uzağı görməyən addımlar atır. Və göründüyü kimi bu onda alınır. Bir siyasətçinin ən çətin anlarında dediyi sözlərə görə onu mühakimə etməyəcəyik. İsraillə münasibətləri tamamilə korlamaq erməni xalqına lazım deyil.
Mən yəhudiyəm. Mən İsrail vətəndaşıyam. Öz ölkəmlə, öz xalqımla fəxr edirəm. Dostlarımızı qiymətləndirirəm, yəhidi xalqına münasibətlərinə, köməyinə görə onlara hörmət edirəm. Ölkəmi, xalqımı təhqir edəndə buna dözmürəm. Əminəm ki, insanların da, elə ölkələrin də nə qədər çox dostu olarsa həyat daha yaxşı və daha gözəl olar. (Virtualaz.org)

Oxşar xəbərlər

Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat
Daha bir ərəb ölkəsi İsraillə barışığa hazırlaşır
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Yəhudilər Məscidi Əqsaya hücum edib
İsrailli nazir: "Daim Azərbaycanın yanındayıq"
Gizli proses: Netanyahu siyasətdən gedir – Sensasion səbəblər
İsrail tankları Qəzza zolağına zərbələr endirdi
Daşnaklar Azərbaycan, Türkiyə və İsrail bayraqlarını yandırdı
İsrailin baş naziri karantinə alındı
Paşinyan İsraildən üzr istədi
S-300 komplekslərinin işə yaramadığı açıqlandı
Monrealda erməni terroruna etiraz edilib
İsrail xarici dövlətlərə marixuana satacaq
Ermənistanın rəhbərləri öz yalanlarına inanmağa başlayıblar
40 il sonra üzə çıxan sirlə bağlı ŞOK FAKTLAR - ABŞ yəhudi dövlətinin əməllərini niyə gizlətdi?
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Netanyahu Putinə zəng etdi
İsraildə sabahdan məktəblər bağlanır
“Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə münaqişədədir”
Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa
İsrail daha 4 müsəlman ölkəsi ilə saziş imzalayır
Bunu bağışlayın, siyasətdən gedim - Netanyahu
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub - Yenilənib
Türkiyədən üç ölkəyə sərt etiraz: “Bu riyakarlıqdır”
Ermənilərin meyitləri təhvil verildi
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Üç ölkə Türkiyəyə qarşı birləşdi