İlham Əliyev dekabrda BMT-də çıxış edəcək - RƏSMİ
6-11-2020, 10:19
138

İlham Əliyev dekabrda BMT-də çıxış edəcək - RƏSMİ

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəkləyib.

BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən etibarən çağırılıb və xüsusi sessiyanın rəhbər qurumları haqqında müvafiq qərarlar qəbul edilib. Xüsusi sessiyanın modallıqlarını müəyyən edəcək qətnamənin qəbulu üzrə mürəkkəb işin aparılması üçün Baş Assambleyanın sədri tərəfindən Azərbaycanın və Kanadanın BMT yanında Daimi Nümayəndələri həm-vasitəçi qismində təyin olunub və 3 ay ərzində BMT-nin 193 üzv dövlətinin iştirakı ilə intensiv və hərtərəfli danışıqlar aparılıb”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, 5 noyabr 2020-ci il tarixində BMT Baş Assampleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (“COVID-19”) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib.

“Qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının “COVID-19”a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınır. Açılış, ümumi müzakirələr, BMT sisteminin agentliklərinin birgə xüsusi təqdimatı və bağlanış seqmentlərindən ibarət olan bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur.

Qeyd etmək istərdik ki, dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan Covid-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxış edən Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edib. Yenə də Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşmiş və onun bu cəhdi rədd edilib.

Hazırda dünyada sağlamlıq, təhlükəsizlik və rifaha ciddi hədə törədən “COVID-19” pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir”, - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

“Bu, Prezidentin xarici siyasətinin növbəti parlaq qələbəsidir” - XİN
İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək
İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası keçiriləcək
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı
Nyu Yorkda mühüm iclas: Qarabağ müzakirəsi...
Bu gün AŞPA-nın payız sessiyası başlayır
ÜST-dən Azərbaycana növbəti dəstək
Bu, Ermənistanın dövlət siyasətidir - İlham Əliyev
Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Müasir dünyanın dili ilə danışmağı bacaran İlham Əliyev və  MAĞARA LİDERİ Paşinyan
Ukraynada koronavirus həyəcanı: Qərərgaha Zelenski özü başçılıq edəcək
Azərbaycan ATƏT PA-nın Büro iclasında təmsil olunub
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
Misir mətbuatı Azərbaycanın “Iti qovan” dronlarından yazdı
Azərbaycan BMT-nin COVID-19-la mübarizə qətnaməsinin tərəfdarlarından biri oldu
ADU-da Konfutsi institutları günü qeyd olundu
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
İran Prezidenti Bakıya gəlir
Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı
İlham Əliyev Mun Hini qəbul etdi
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Siyavuş Novruzov qayıtdı Və...
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib
Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib