Tarixçi alim: “Əgər Ermənistan bəyanata sadiq qalmasa...”
10-11-2020, 13:10
106

Tarixçi alim: “Əgər Ermənistan bəyanata sadiq qalmasa...”

"Torpaqlarımızın Ermənistan tərəfindən işğalından ötən dövr ərzində Azərbaycan gözləmə mövqeyində olmadı. Münaqişənin həllində sülhə üstünlük verdi. Lakin Ermənistanın ardıcıl təxribatları torpaqlarımızın sülh yolu ilə azad olunmasında düşmənin maraqlı olmadığını göstərdi. Ermənilərin sentyabrın 27-də başlayan təxribatı ilə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə daxil oldu".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova deyib.
O bildirib ki, sentyabrın 27-dən ötən 44 gün ərzində torpaqlarımız, strateji məntəqələrimiz düşmən işğalından azad edildi: “Düşmən diz çökdürüldü. Noyabrın 10-u xalqımızın uzun illərdən bəri gözlədiyi möhtəşəm bir gün oldu. Bu tarixi qələbə ilə Naxçıvanla quru sərhədimiz də bərpa edildi”.
Firdovsiyyə Əhmədova qeyd edib ki, Azərbaycanın bu qələbəsi Cənubi Qafqazda sülhün bərqərar olması deməkdir.
“Əgər Ermənistan bəyanata sadiq qalmasa, Azərbaycan iqtisadi və siyasi üstünlüyü ilə öz maraqlarını təmin etmək iqtidarındadır. Bu gün böyük gündür, 10 noyabr Qələbə Günü Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı”, - deyə Firdovsiyyə Əhmədova vurğulayıb. (Trend)


Oxşar xəbərlər

"Mənim Azərbaycan pasportum yoxdur" - Xalq artisti Emin Ağalarov - VİDEO
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
İrəvan artıq anlamalıdır: Qarabağ, “artsax” yox - Mixaylov
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri istənilən hədəfi nişan alacaqlar"
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik - İlham Əliyev
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
“Azərbaycan 30 il işğalda olan ərazisinin böyük hissəsini azad edib”
"Ermənistan hökuməti şərtimə əməl edərsə..." - İlham Əliyev
Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
“Səlcuq Bayraktara Milli Qəhrəman adı verilsin...”
Ermənilərin “Su-25”i vuruldu
Ermənistan atəşkəs rejimini pozur: Bu rayonlar atəşə tutulur
Britaniya parlamenti erməniləri məyus edib
Düşmənin daha 29 hərbçisi məhv edildi - SİYAHI
“Düşmən nə edirsə etsin, Dağlıq Qarabağ Azərbaycanın olacaqdır” - Dövlət Bahçeli
“Ermənistan Qarabağda təslim oldu” - Hulusi Akar
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
İtaliyalı həmsədr Ermənistanın törətdiyi təxribatları qınayıb
Əli Həsənov 20 ildir tutduğu bu vəzifədən də azad olundu
Misir mətbuatı Prezidentin “La Repubblica” qəzetinə müsahibəsinə geniş yer ayırıb
Mövqelərimizə növbəti hücum cəhdi olub, düşmən 30-dək itki verərək geri çəkilib
“Hər an müharibə başalaya bilər”
Ermənilər Zəngilana hücum etdi: Məhv edildilər...
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib