Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
11-11-2020, 23:56
100

Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?

Türkiyənin mərkəzdə olması bir daha Azərbaycan üçün verilən məlumatların konkret və dürüst olmasından xəbər verəcək".

Bunu açıqlamasında Milli Məclisin deputatı, politoloq Arzu NağıyevRusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətlə bağlı imzalanan müqaviləyə aydınlıq gətirərkən deyib. Deputat yaradılan koordinasiya mərkəzinin mühüm əhəmiyyət kəsb edən məsələ olduğunu vurğulayıb:
 



"Çünki onlar həm monitorinq aparacaqlar, həm də koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər. Biz Türkiyəyə tam inanırıq. Eyni zamada Rusiya ilə Türkiyə arasında imzalanan müqavilədə belə müddəalar var ki, sülhməramlı qüvvələr birmənalı şəkildə ancaq öz funksiyalarını həyata keçirəcək".

Arzu Nağıyev qeyd edib ki, alınan hər bir xırda detal barədə məlumat koordinasiya mərkəzinə veriləcək:

"Və oradan da Azərbaycan Prezidentinə ötürülməlidir. Mərkəzin əsas işlərindən biri budur. İkinci məsələ, Türkiyə ilə Rusiya arasında belə bir müqavilənin imzalanması praktikası var. Çünki Suriyada da onlar birgə patrul xidməti aparmaqla bağlı belə bir müqavilə imzalamışdılar. Məsələn, bizdə Laçın koridoru var. Əgər Rusiya birmənalı şəkildə onun təhlükəsizliyini təmin edəcəksə, alınan hər bir məlumat koordinasiyalı şəkildə təhlil olunub dövlət rəhbərinə göndəriləcək".

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzalanıb. Müqavilə haqqında açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq mərkəzdə Rusiya ilə birlikdə yer alacaq. Atəşkəsə nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”,- deyə qeyd edib.

Oxşar xəbərlər

Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı
Söz sahibi təkcə Rusiya deyil, Türkiyə də həlledici mövqedədir - ŞƏRH
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
İlham Əliyevlə Ərdoğanla danışdı
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Rusiya və Türkiyə arasında mühüm müqavilə
Paşinyan getsə belə, razılaşma dəyişməyəcək - XİN
“Ordumuz Şuşa və Laçında tarix yazır”
Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşdü
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE
Hərbi ekspert: "Qarabağda hər hansı erməni bundan sonra...”
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək - VİDEO
“”Türkiyə Azərbaycanı işğal edib Rusiyaya verdi” demək, axmaqlıqdır”
Türkiyə MN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq” - Putin Türkiyəyə dolayısı ilə etiraz etdi
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Trampın təhdidinə Ankaradan CAVAB
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Sülhməramlıların gəlişi rus hərbi bazası demək deyil - Sülhün qarantı T
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Azərbaycandan Putin və Lavrova məktub
“O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar” – Fəzail Ağamalı
“PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb”
Nazir: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb"