Azərbaycan Sakit Okean Alyansının forumuna qatılıb
13-11-2020, 23:15
157

Azərbaycan Sakit Okean Alyansının forumuna qatılıb

Noyabrın 12-də Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumu video-konfrans formatında keçirilib. Alyansda müşahidəçi dövlət statusuna malik olan ölkəmiz 2-ci Forumun işində iştirak edib.
XİN-dən verilən məlumata görə, forumun plenar iclasında çıxış edən AR XİN Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İskəndərov Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi ilə Azərbaycanın Qarabağ bölgəsinin dünya iqtisadi və mədəni münasibətlər sisteminə geri qayıtdığına diqqət çəkib.
Xüsusilə qeyd edilib ki, Qarabağın mədəni paytaxtı və Qafqazın mədəni incisi olan, Müsəlman Şərqində ilk operanın yazılmasına ilham verən Azərbaycanın mədəni paytaxtı Şuşanın işğaldan azad edilməsi regional turizmin inkişafına böyük töfhə verəcək.
Forum iştirakçılarının diqqətinə multikultural irsin turizm sahəsində əhəmiyyəti və bu xüsusda Azərbaycanın malik olduğu zəngin dəyərlər və mədəni irs haqda məlumat verilib.  E. İkəndərov qeyd edib ki, bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir – ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün tairixi və mədəni abidələr qorunur və bərpa edilir.
Turizm və mədəniyyət industriyasının sülhün bərpasında rolunu qeyd edən natiq bu sahədə təcrübəsi olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərini lazımi bərpa işlərindən sonra dünya iqtisadi münasibətlər və mədəni xəzinəsinə qaytaracağına, bunun da bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini qeyd edib.

Oxşar xəbərlər

Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
"Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib" - Prezidentin köməkçisi
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Tbilisidə Şuşanın azad edilməsi qeyd olunub
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır
Mədəniyyət Nazirliyi Şuşa şəhərilə bağlı hərəkətə keçdi
“Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək” - Vüsal Qasımlı
Türkiyəli biznesmenlərdən Azərbaycana dəstək
Baş Prokurorluq Gəncə terroru barədə 6 dildə videoçarx hazırlayıb
Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə
“Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
“Şuşa uğrunda döyüşlər zamanı separatçı Araik Arutunyan...” - Prezidentin köməkçisi
“Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq”
Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın törətdiyi vəhşilik barədə məlumat verib
Milli Məclis deputata TÖHMƏT VERDİ
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı - VİDEO
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər