Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
14-11-2020, 18:58
104

Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq Azərbaycan və Fransa arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib. Azərbaycan-Fransa dostluq qrupunun üzvlərinin bu münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb.
Hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının, həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.
Qarşı tərəf, öz növbəsində Azərbaycana edilən səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini və Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd etdi. Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını qeyd edən deputatlar, səfərin həyata keçirilməsindən bir-neçə gün öncə tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildirdilər. Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğuladılar. Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri qismində Azərbaycan ilə bağlı həqiqətlərinin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildirdilər.
Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayaraq, bundan sonra Azərbaycan və Ermənistan arasında, eləcə də Minsk Qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini ifadə edib.

Oxşar xəbərlər

Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Ceyhun Bayramov Roberto Mardini ilə görüşdü
Səudiyyə Ərəbistanında Fransa konsulluğuna hücum edildi
Rusiya mediasından Cenevrə görüşü barədə YENİ MƏLUMAT
Ceyhun Bayramov Gürcüstana səfər edəcək
Ceyhun Bayramov Cenevrədədir
Dünya çempionu koronavirusa yoluxdu
Azərbaycan XİN Fransa XİN rəhbərinin bəyanatına cavab verdi
Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər
“Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır” - Ceyhun Bayramov
Liderlər Qarabağ münaqişəsini müzakirə ediblər
Ceyhun Bayramov estoniyalı həmkarı ilə son vəziyyətdən danışdı
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü - FOTO
“Fransa rəhbərliyi erməni təbliğatının fiquru olmağı dayandırmalıdır” - Amerikalı ekspert
Qətərdə Fransa malları boykot edilir
Cenevrədə münaqişənin həllinə dair növbəti görüş başlayıb
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
“Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür” - Fransa səfiri
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı
Fransa klubunda koronavirusa yoluxanların sayı artıb
Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdılar
Koronavirusa görə Fransa çempionatında bu oyun təxirə salındı
Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Fransa vətəndaşı Qarabağda Azərbaycana qarşı vuruşur - Foto
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO