Azərbaycan və Litva xarici işlər nazirləri birgə mətbuat konfransı keçirir.
Canlı yayım Litva XİN-in "Facebook" sosial şəbəkəsi üzərindən həyata keçirilir. 
***10:24
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Gabrielius Landsbergis arasında geniş tərkibdə görüş keçirilir. 
Bu barədə Azərbaycan XİN "Twitter"də məlumat yayıb. 
Tərəflər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib.
***10:00
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə görüşüb.
Bu barədə XİN-dən bildirilib.
Onlar arasında təkbətək görüş keçirilib.
***08:55
8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.