“Rusiya prezidenti açıq şəkildə deyir ki...” – Politoloq
18-11-2020, 10:14
126

“Rusiya prezidenti açıq şəkildə deyir ki...” – Politoloq

"Putinin Qarabağla bağlı müsahibəsi başdan-ayağa təhdidlərdən ibarətdir. Rusiya prezidenti açıq şəkildə deyir ki, istədiklərimizi əldə edə bilməsək bütün mümkün olan və olmayan addımları atacağıq. Qarabağı Cənubi Osetiya ilə müqayisə etməsi isə həmin təhdidin pik nöqtəsidir".
Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu sosial şəbəkədə yazıb.
Onun fikrincə, Putin açıq deyir ki, Qarabağa Cənubi Osetiyada atılmış addım (yəni, müstəqilliyin tanınması) tətbiq olunsaydı bugünkü itkilər olmazdı:
"Bəs Rusiyanın istədikləri nədir? Bizim üçün ərazi bütövlüyünün bərpası məqsədi daşıyan savaşda Rusiya qarşısına bir sıra vəzifələri qoymuşdu. İlk növbədə Qarabağa sülhməramlı adı altında qoşun yeridərək orada Rusiya hərbi bazasını qurmaq. Hərbi baza Rusiyaya bölgədəki kommunikasiyalara nəzarət üçün lazımdır. İkincisi, kommunikasiyalara nəzarəti ələ keçirərək qlobal yükdaşımalara təsir göstərmək. İdealda isə onlara nəzarət etmək. Ən nəhayət, yaxın Şərqə çıxış əldə etmək. Bu mənada Azərbaycana nəzarət təkcə "Şimal-Cənub" dəhlizi üçün deyil, həm də "Şərq-Qərb" dəhlisinə nəzarət məqsədilə Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Bunun üçün iki əsas nöqtəyə nəzarət ələ götürülməlidir - Xüdafərindən və Naxçıvandan keçəcək nəqliyyat qovşaqlarına. Yalnız bu ərazilərə nəzarət Rusiyaya Yaxın Şərqə çıxışı təmin edə bilər. Bu isə Rusiyanın əsas geosiyasi hədəfidir".
Politoloq bildirib ki, Putinin müsahibəsindəki təhdidlər də bu bölgələrə nəzarətə nail olmağa xidmət edir:
"Putin demək istəyir ki, İstədiklərimizi əldə etməsək, təcavüz davam edəcək. Rusiya mediasında "Qarabağı Azərbaycandan 50 illiyə icarəyə götürmək" ideyası da elə bu məqsədlə dövriyyəyə buraxılıb. Burda Qarabağ dedikdə təkcə keçmiş muxtar vilayətin ərazisi deyil, həm də Cəbrayildan keçən dəhliz (yol) və çox güman ki, Naxçıvanda analoji zolaq nəzərdə tutulur. Bu şərtlər Azərbaycan üçün tamamilə qeyri-məqbuldur və bundan qaçmağın əsas yolu hələlik Türkiyə ilə geniş hərbi əməkdaşlıqdan ibarətdir. Əks halda Rusiyanın təhdidləri təkcə davam etməyəcək, həm də real addımlara keçəcək".
Ə.Oruclunun qənaətincə, ikinci atmalı olduğumuz addım Qarabağdakı Rusiya silahlı qüvvələrinə leqal status verilməsini ləngitmək, idealda isə həmin statusu verməməkdir:
"Səbəb kimi Rusiyanın sülhməramlı missiyanın şərtlərini pozaraq, ölkə ərazisinə hücum silahlarını yerləşdirməsi göstərilə bilər. Bütün bunlar heç də asan deyil, amma bu, heç də Rusiya qarşısında təslim olmağa əsas vermir, çünki bu halda Azərbaycan həm beynəlxalq daşımalardan gələn mühüm gəlir mənbələrini, həm də xeyli dərəcədə suverenliyini (rəsmi olaraq) azı 30 illiyə itirmiş olardı".

Oxşar xəbərlər

Putinin son açıqlaması ermənilərə bu mesajı verir... - Politoloq
Rusiya bildiyini edir, ancaq buna mane ola bilməyəcək - Politoloq
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Rusiya sülhməramlıları Qarabağa yola düşüblər
Ermənistanı bütün təşkilatlardan rədd edək - Rusiya merindən şok açıqlama
Rusiya sülhməramlıları erməni tərəfində isterika yaradıb - Foto
Putin: “Qarabağ üzrə razılaşmaya əməl edilir”
Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşdü
Yerevanda anti-Rusiya kampaniyası genişlənir
Ermənilər Rusiyanı günahlandırır - Video
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Sülhməramlıların daha 8 təyyarəsi Qarabağa uçdu
Putindən Şuşa ilə bağlı maraqlı açıqlama
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Rusiya Qarabağa 22 təyyarə göndərir
Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
Ermənilər rus sülhməramlılara qarşı: Kim Putinə ümid edirsə...
Rusiya Müdafiə Nazirliyindən Qarabağa dair YENİ AÇIQLAMA
Putindən Paşinyana mesaj: Ermənistanın iddiaları yersizdir - GƏLİŞMƏ
"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır" - Samir Əsədli
Rusiyada "Qafqaz-2020" belə başladı - VİDEO
“Rusiya dərhal sülhməramlılarını  Laçın dəhlizinə yeritməlidir...” -Ermənipərəst politoloq
Rus əsgərləri Qarabağa belə daxil oldu – Video
Qarabağa yeridilən Rusiya desantı Gəncə diviziyasının bazasında yaradılıb - MARAQLI DETAL
Rusiya Dağlıq Qarabağa mühəndis-istehkamçılar da göndərib
Azərbaycanın axtardığı məşhur təxribatçı yenidən Qarabağa GƏLDİ
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?
Putin NATO-ya sövdələşmə TƏKLİF ETDİ
Təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti
Sülhməramlıların hərəkətinə vertalyotla nəzarət olunur