Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İlkin məlumata görə, Azərbaycanda seçici fəallığı 31.7% olub.
Hazırda səslərin 20%-i sayılıb. Bu nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 45.7%, CHP sədri Kemal Kılıçdaroğlu 54.29% səs toplayıb.
Qeyd edək ki, seçkilərin ilk turunda Azərbaycanda 6650 Türkiyə vətəndaşı səs verib və seçici aktivliyi 60.26% təşkil edib. Yekun nəticələr aşağıdakı kimi olub:
Rəcəb Tayyib Ərdoğan - 49.42%
Kemal Kılıçdaroğlu - 41.92%
Sinan Oğan - 6.42%
Muharrem İnce - 2.24%