Səfir Bakı meriyasında - FOTO
28-11-2020, 10:06
88

Səfir Bakı meriyasında - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Icra başçısı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb. Vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri uzun illəri əhatə edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.

Eldar Əzizov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çatan ikinci Qarabağ savaşı, döyüş meydanında məğlubiyyətlə üzləşən  təcavüzkar Ermənistanın silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb və bununla bağlı minnətdarlığını bildirib.

Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.

Tərəflər əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.

Oxşar xəbərlər

"Pakistan daim Azərbaycanın yanındadır" - Bilal Hayee
Pakistandan Azərbaycana növbəti dəstək
Pakistanın yeni səfiri bu tarixdə Azərbaycana gələcək
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq
Bakı Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib
Pakistanın yeni səfiri Azərbaycana gəlib
Azərbaycan və Türkiyə vəkillər Ermənistanın müharibə cinayətlərini birlikdə beynəlxalq hüquq ictimaiyyətinə çatdıracaqlar
“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir“ - Səfir
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Paşinyan Pakistan xalqından üzr istəməlidir” - Rəhman Məlik
Qardaş Azərbaycan xalqını təbrik edirik - Pakistan XİN-dən açıqlama
Ərdoğan İlham Əliyevə zəng etdi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
40 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
İstanbulda Azərbaycana dəstək aksiyası
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Gürcüstan prezidenti Dursun Həsənovu qəbul etdi
“Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır” - Prezidentin köməkçisi
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"