Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
21-12-2020, 09:40
129

Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"

“Bizə digər universitetlərin güzəştləri ilə yaxınlaşmayın, unutmayın ki biz tələbələrə təhsil vermək istəyirik” – Azərbaycan Dövlət Neft Sənayesi Universiteti (ADNSU) rektoru Mustafa Babanlı.

NOCOMMENT.az tələbələrin ADNSU-nun rektoru Mustafa Babanlının açıqlamasına etirazını təqdim edir:

“Burda “rektor” Mustafa Babanlı qeyd edir ki, “bizə digər universitetlərin güzəştləri ilə yaxınlaşmayın, unutmayın ki, biz tələbələrə təhsil vermək istəyirik”.

Sizə sual verirəm Mustafa Babanlı!

Siz demək istəyirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən və qış imtahan sessiyası ilə bağlı tələbələrə güzəşt edən universitetlər tələbələrə təhsil vermək üçün fəaliyyət göstərmir?

Əgər elədirsə onlar nəyə xidmət edirlər? Sizin digər ali təhsil müəssisələrinə qarşı belə qərəzli mövqeyiniz qəbuledilməzdir!

Bir “rektor”un bunu deməyi digər ali təhsil müəssisələrini təhqir etmək deməkdir! Özünüzü bir nömrəli “rektor” rəhbərlik etdiyiniz universiteti bir nömrəli “universitet” kimi göstərməyə çalışmayın! Xalqın gözü tərəzidir deyirlər. Xalq nəyin necə olduğunu yaxşı bilir.

Mən sizdən bir Azərbaycan gənci, Azərbaycan gəncliyinin nümayəndəsi kimi tələb edirəm ki, digər ali təhsil müəssisələrinə qarşı ifadələrinizdə diqqətli olasınız.

ADNSU tələbələrinə siz digər universitetlərin güzəştləri ilə bizə yaxınlaşmayın, unutmayın ki, biz tələbələrə təhsil vermək istəyirik deməyiniz mövcud vəziyyətə görə çox gülünc bir ifadədir.

Koronavirus bütün dünyanı cənginə alıb aparır. SSRİ təhsil sistemi ilə fəaliyyət göstərən təhsil sistemimiz günü-gündən məhv olmağa doğru gedir. Distant (məsafədən) təhsil sistemi ilk dəfədir ki, ali təhsil müəssisələrində istifadə edilir. Təhsil sisteminin vəziyyətinə baxın, sonra “bizə digər universitetlərin güzəştləri ilə yaxınlaşmayın unutmayın ki, biz tələbələrə təhsil vermək istəyirik” deyərsiniz.

Hələ də SSRİ sistemindən çıxa bilməyən təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin!

Sizin o dediyiniz “bəzi universitetlər”in rektorları sizdən fərqli olaraq SSRİ təfəkküründən çıxmağı bacarıblar və mövcud vəziyyətə görə sağlam düşünürlər. Sağlam düşündüklərinə görə də haqq və ədalət prinsipləri əsasında qərarlar qəbul edirlər. Özünüzə bir baxın, rəhbərlik etdiyiniz universitetin tələbələrinə baxın. Görün onlar nə vəziyyətdədirlər. Siz tələbləri, Azərbaycan gəncliyini düşünmürsünüz.

Mövcud vəziyyətdə onlara dəstək olmaq əvəzinə öz çıxışlarınız ilə onlarda sizə qarşı nifrət eyni zamanda ruh düşkünlüyü yaradırsınız. Dönün baxın ki, nələr edirsiniz? Sonu nə olacaq? Bunları düşünün. Sonra qonşunun bostanına daş atarsınız…

“Hörmətli”, “Rektor” Mustafa Babanlıya çatdırın… Əminəm ki, cavabı da yuxarıdakı açıqlama kimi gülünc olacaqdır”.

Qeyd edək ki, qarşı tərəf ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Universitet rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

Oxşar xəbərlər

ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Azərbaycanda bu tələbələrə 250 manat təqaüd verilə bilər - AÇIQLAMA
Nazirlik tələbələrə müraciət etdi
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
Rusiyada tələbələrə məktəblərdə dərs demək hüququ verilir
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır
Xidmətdə olan əsgərimizin universitet problemi həll edildi
Millət vəkilindən təkilf: “Təhsil haqları hissə-hissə ödənməlidir”
Şuşanın təhsil statistikası açıqlandı
ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü
Paytaxtın 40 məzunu Prezident təqaüdünə layiq görüldü
GDU tələbələri ilə rəhbərlik arasında QALMAQAL - "Bu, mənim dədəmin pulu deyil, dövlətin puludur"
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Hərbi xidmətdə olan müəllim namizədlər yenidən imtahan verə biləcək
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
13 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyıb
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşuldu - Fotolar
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
Baş nazir təhsillə bağlı qərarı təsdiqlədi
Ermənistanda tələbələr və müəllimlər etiraza çağırıldı
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Akademik borcu olan tələbələrin NƏZƏRİNƏ - Təkrar imtahan vermək üçün...
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
Nazir: "Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"
"Dərs vaxtı"nın sabaha olan cədvəli
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Mustafa Rifat İlham Əliyevə: "24 saat əmrinizdəyik"
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub - Diqqət!