Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
30-12-2020, 16:19
183

Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC

2020-cu ildə Qobustan rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 5 milyon 220 min 821 manat məbləğində 17 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 13 tenderə 5 milyon 135 min 199 manat xərcləyib. Qobustan Rayonun İcra Hakimiyyətinin keçirdiyi hər iki tenderin qalibi "Cənub Təmir Tikinti-1" MMC olmuşdur.

Qobustan Rayon Gənclər və İdman İdarəsi ümumi məbləği 16 min 490 manat olan 2 tender müsabiqəsi keçirib. Hər iki tenderin qalibi "Butsefal" MMC (16 min 490 manat) olmuşdur.

Dia.az 2020-cu ildə Qobustan Rayonunda keçirilən tenderləri təqdim edir.

DİA.AZ bildirir ki, Qobustan RİH-in tenderlərinin böyük partiyasının qalibi olan “Cənub Təmir Tikinti” MMC-yə gəlincə, bu şirkətin nizamnamə kapitalı cəmi 2 manatdır. 17 oktyabr 2018-ci il tarixdə dövlət qeydiyyatına alınan MMC-nin hüquqi ünvanı Astara rayonunun Ərçivan kəndidir. Şirkətin qanuni təmsilçisi isə Əmirkişiyev Qüdrət İsmət oğludur.

Açıq mənbələrdə onun barəsində hər hansı məlumat yoxdur. MMC-nin isə bundan əvvəl də Biləsuvar Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olduğu barədə məlumatlar var. Məsələn, şirkət 2019-cu ildə 2 milyon 855 min 10 manat dəyərində tenderin qalibi olub.

Müqaviləyə əsasən MMC Biləsuvar şəhərindəki Milli Qəhrəman Mübariz İbrahimovun adına olan küçənin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulmasını təmin etməlidir.

Bu məsələ həmin vaxt mediada müzakirə mövzusuna çevrilib. Bir küçənin təmirinə 3 milyon manata yaxın vəsaitin ayrılması korrupsiya şübhəsi yaradıb.

Oxşar xəbərlər

Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Saatlıda büdcə pulları kimlərə həvalə olunur? - SİYAHI
Ağdaşda büdcə pulları belə dağıdılır... - SİYAHI
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - İLGİNC
Gədəbəyin icra başçısının müəmmalı ortaqları... - İLGİNC
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Ucarda tenderləri kimlər udur? - İLGİNC FAKTLAR
Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender
Qəzənfər Ağayev yarım milyonu kimə həvalə edib? - Eldar Mahmudov da onu tutdurubmuş...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC