OĞUZDA YOL POLİSİ RƏİSİNİN "KOLXOZ BAZARI"-YENİLƏNİR...
18-01-2021, 16:20
38

OĞUZDA YOL POLİSİ RƏİSİNİN "KOLXOZ BAZARI"-YENİLƏNİR...

..Oğuz rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə 25 oktyabr 2018-ci ildən rəisi təyin edilən polis kapitanı Tahir Qarayev haqqında son vaxtlar Oğuz sakinlərindən qəribə şikayətlər daxil olur.

Bu gün də rayonun Kərimli kənd sakini, köhnəlmiş "VAZ-2106"nın sürücüsü Elşad Hüseyov narazılığını redaksiyamıza bildirib (İfadetv.com). Belə ki, kənddə ərzaq mağazasından aldığı 1 butulka pivə və çörəyi avtomobilinə qoyub evə gətirəndə Oğuz rayon PŞ-nin YPX işçiləri polis çavuşu Məsimli Vüsal Xudu oğlu və çavuş İmaməddin Nizami oğlu onu xidməti avtomobillə təqib edərək evinin darvazasına çatmış saxlatdırmışlar. Və bildirmişlər ki, verilən məlumata görə siz spirtli içki qəbul etməlisiniz və dərhal bizimlə Polis Şöbəsinə getməlisiniz. Sürücü etiraz edərək alkoqoldan yoxlanılmasını xahiş edir. Polislər məxsusi aparatla Elşadın nə qədər akoqol qəbul etməsini yoxladıqda məlum olur ki, o, spirtli içki qəbul etməyib. Buna baxmayaraq Elşad yarımçıq qalmış pivə butulkasını onlara göstərib qeyd edir ki, mən araq yox, pivə almışdım. Və evimə çatanda onun 100 qramını indicə içmişəm. Bu da ki normal haldır. Özünüz də yoxladınız ki, spirtli içki təsiri və nümunəsi yoxdur. Buna baxmayaraq Rus təmsilçisi Krılovun məşhur "Qurd və Quzu" təmsilində olduğu kimi, Oğuzda qəliz adam kimi tanınan YPX əməkdaşları sürücünü avtomobil qarışıq gecə saat 11-də zorla Polis Şöbəsinə gətirirlər. Ondan konkret tələb olunur ki, ya 350 manat tapıb gətirisən, buraxırıq, ya da cərimə yazıb avtomobili cərimə meydançasında saxlayırıq. Elşad razılıq verən kimi onu dərhal öz avtomobililə pul dalınca sərbəst buraxırlar. Elşad tanışı Xalid Seyidovdan pulu alıb gətirib YPX rəisi Azər Qarayevə verir və azadlığa çıxır. Deməli, baş vermiş hadisədən o anlama gəlirik ki, əgər sürücü sərxoşdursa, o saxlanılmalı idi, nağd pul gətirirsə, elə öz avtomobilindəcə borc dalınca göndərilməliydi... Bəli, əgər Oğuz YPX rəisi cənab Tahir Qarayev bu "fəlsəfə"ilə işləməsəydi, o zaman avtomobil pərəstişkarı olaraq hər ay özünə şəxsi təzə bahalı "inomarka" avtomobili almazdı. Son dəfə isə 1 ay əvvəl özünə 2019-cu il buraxılışı olan "HUNDAİ SANTAFE" avtomobili almışdır. Yəni, tez tez özünə ən bahalı avtomobil almaq Tahirin sevimli hobbisidir.
Bəs görəsən, ilin- günün bu vaxtında sürücüləri şərləyib onlardan pul tələb edən Oğuz rayon YPX rəisinin əməllərindən hörmətli general Ramiz Zeynalovun xəbəri varmı? Yoxdursa, olsun.
Xatırladırıq ki, T.Qarayev bu vəzifəsindən əvvəl Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsində İnzibati təcrübə üzrə baş inspektor vəzifəsində çalışıb. Ondan əvvəl isə qanun pozuntusuna görə Bakının Sabunçu rayonunun Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.
***
"Təzadlar" bir müdət əvvəl Oğuzda baş vermiş bir hadisə barədə lətifəvari deyimi xatırladır: polis əməkdaşları Şəkidə 3 qumarbazı tutub polisə apararkən yolda "sövdələşmə" başlayır. Qumarbazlar polis əməkdaşlarını dilə tutur ki, polis şöbəsinə aparmağın mənası yoxdur, adi kart oynamışıq, gəlin hörmətinizi edək bizi bzim ikimizi burax, gedək evə pul gətirək, bir nəfərimiz girov kimi getsin şöbəyə... Polislər qumarbazların yağlı dilinə aldanır, bir nəfəri polis şöbəsinə aparır, iki nəfəri isə buraxır evə... Bir az aralanmış evə buraxılan iki qumarbaz polislərə səslənir:
-Bəs o bir nəfəri hara aparırsınız?
-Polis şöbəsinə...
-Niyə?
-Qumar oynadığına görə...
-Ay Allah kömək olmuşlar, rəis deməyəcək ki, qumarı ən azı iki nəfər oynayır, bu tək qumarı necə oynayıb???
Beləliklə, o biri qumarbaz da evə buraxılır...
Bunu isə elə-belə dedik...

Elçin Məmmədli
gundemxeber.az

Oxşar xəbərlər

Oğuzda istirahət mərkəzində cinayət
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Vilayət Eyvazov Xocalının yol polisi rəisini İŞDƏN ÇIXARDI
Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - FOTO
Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ
Vilayət Eyvazovdan yeni rəis təyinatı
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Salyan DYP-yə yeni rəis təyin edilib - ƏMR
Gəncədə kafe sahibi və müştəriləri cərimələndi
Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu - FOTOLAR
Füzuliyə komendant təyin edildi
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Vilayət Eyvazovdan yeni təyinat
Vilayət Eyvazovdan Xocalıya yeni TƏYİNAT
Bakıda mağazadan 7500 manatlıq oğurluq edən şəxs saxlanıldı
Kürdəmir sakini velosiped sürən yeznəsini avtomobillə vurdu
Vilayət Eyvazov Bayram Səfərovun oğlunu işdən çıxardı
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
İşlədiyi marketdəki terminaldan oğurluq etdi
Polis oğurluq edən 3 qardaşı saxlayıb
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Binəqədi rayonunda xanım sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi - DİN
Bakıda lombarda basqın edildi
Astara sakinlərindən qanunsuz odlu silah götürüldü
Zəngilan Rayon Polis Şöbəsi Zəngilan şəhərinə köçürülüb
Polislər koronaviruslu taksi sürücüsünü bu yolla iş başında yaxaladı - VİDEO
Vilayət Eyvazov onu bölmə rəisi TƏYİN ETDİ
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb