"Qaçqınkom" kimin "əmisioğludur"?.. - Bizim, yoxsa...
19-01-2021, 15:14
59

"Qaçqınkom" kimin "əmisioğludur"?.. - Bizim, yoxsa...

Qarabağdan 28-ci ildir didərgin salınmış 2-ci dərəcəli əlil İbrahimov Elçin Əfqan oğlunun 16 yaşlı “məcburi köçkün” statuslu oğlu Əfqan İbrahimova verilməli olan “məcburi köçkün” vəsiqəsinin verilməsindən imtina edilməsindən KİV məlumat yayıb. Məcburi köçkün atanın ali dövlət hakimiyyəti orqanlarına, “ Qaçqınkom” rəhbərliyinə şikayətlərinə cavab olaraq Ağdam RİH-dən gənc məcburi köçkünün şəklini və bəzi digər gərəkən sənədləri təqdim etməyi bildirib, vəsiqə veriləcəyinə söz veriblər. Lakin hələ də vətəndaşa müvafiq vəsiqənin verilməsi “Qaçqınkom”un məsul şəxslərinin qərəzi ilə təmin edilməyib. Sözügedən komitə “daş atıb başını tutur “ ki, bəs atası “məcburi köçkün” olan şəxsin “məcburi köçkün” statuslu , atasının qaçqın düşdüyü ünvanda qeydiyyatda olan oğluna bunu təsdiq edən vəsiqə verilə bilməz! (?) Niyə? Köçkünlərin sayını belə süni surətdə azaltmaqla “Qaçqınkom” Qarabağda köklü əhalinin gəlmələrdən təşkil olunması görüntüsü yaratmırmı? Ümumiyyətlə, hər hansı statusa malik şəxsə bu statusu təsdiq edən vəsiqənin verilməsi qanunun -qərarın tələbidir. “Müharibə veteranı” adını alan şəxsə müvafiq vəsiqənin verilməsindən imtina edilə bilər? Eləcə də “məcburi köçkün” statuslu şəxsə vəsiqənin verilməsindən də imtina edilməsi absurddur və “Qaçqınkom”da qanunsuz “vəsiqə alveri”ndən qaynaqlanır. Özbaşınalığa baxın, məcburi köçkünün hər iki oğlu “məcburi köçkün” statusu daşıyır, birinə vəsiqə verilib, amma o birinə yox! Bu “ikili” özbaşınalığı necə anlamaq olar?

“Qaçqınkom”un hüquq şöbəsinin əməkdaşı onun adını hallandırdığına görə, vətəndaş məcburi köçkün əlili təqib edir və heç vaxt vəsiqə verilməyəcəyi ilə hədələyir. Bu isə Konstitusiyanın 57 -ci maddəsi ilə təsbit olunan əsas insan və vətəndaş hüquqları və azadlıqlarından sayılan müraciət etmək hüququna kobud qadağa deməkdir. “Qaçqınkom” məcburi köçkünlərin Konstitusiya ilə təsbit olunan hüquqlarını pozan məmurların davranışına hüquqi qiymət verilməsini təmin etmək əvəzinə, yeni-yeni pozuntulara yol verir. Bu günlərdə şikayətçi məcburi köçkünün Nazirlər Kabinetindən daxil olan müraciətini “Qaçqınkom” sədri yox, komitənin miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov anlaşılmaz dildə cavablandırıb. Halbuki, ali dövlət hakimiyyəti orqanlarından daxil olan müraciətlərə cavabı qurumun rəhbəri imzalamalıdır. Eyni zamanda, Sənan Hüseynov məcburi köçkünə iki aydan sonra göndərdiyi 20.11.2020 tarixli məktubla məlumat üçün bildirib ki, ..ƏDLİYYƏ NAZİRLİYİNİN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATDAN KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRƏ “MƏCBURİ KÖÇKÜN” STATUSU VƏ ONU TƏSDİQ EDƏN VƏSİQƏNİN VERİLMƏSİNƏ DAİR QAYDALAR”IN 4.1.6 bəndinin tələblərinə əsasən , VALİDEYNLƏRİNDƏN ATASI “MƏCBURİ KÖÇKÜN” STATUSUNA MALİK OLAN VƏ HƏR İKİ VALİDEYNİNİN QEYDİYYATI DAİMİ YAŞAYIŞ YERİ ÜZRƏ İŞĞAL OLUNMUŞ RAYON (ŞƏHƏR) OLAN AZƏRBAYCAN RESPUBLİKASININ ŞƏXSİYYƏT VƏSİQƏSİNİ ALMIŞ 16 YAŞLI UŞAQLARA MƏCBURİ KÖÇKÜN STATUSUNU TƏSDİQ EDƏN VƏSİQƏ VERİLİR.

Haqlı sual doğur :Bəs niyə 16 yaşı tamam olan, işğal rayonunda qeydiyyatda olan və ən əsası, MƏCBURİ KÖÇKÜN STATUSU DAŞIYAN İbrahimov Əfqan Elçin oğluna niyə vəsiqə verilmir? Sənan Hüseynov “məlumat üçün “ bildirsin , görək , Əfqan İbrahimov sözügedən Qaydaların 4.1.6 maddəsinin hansı tələbinə uyğun gəlmir ki, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilir ? Atası məcburi köçkün, qeydiyyatı işğal olunmuş rayon, statusu da 16 ildir məcburi köçkün. Niyə verilmir? Bu suala aydınlıq gətirilməlidir, yoxsa, qeydiyyat belə gəldi, status elə getdi. Belə cavablarla və məcburi köçkünlərə belə ilgi ilə yalnız və yalnız düşmənin “cəhənnəmə gedən gorbagor statusu” “dəyirmanı”na su tökmək “ olar.

Ümid edirik ki, “Qaçqınkom” sədri Rövşən Rzayev süni problemin çözülməsini nəzarətinə götürüb, “dəyirmanın bildiyini etməyinə” yol verməyəcək.

Məğrur Bədəlsoy
dia.az

Oxşar xəbərlər

“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM
“Qaçqınkom” Qarabağı xarici ölkə sayır? - İLGİNC
Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcək
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Qaşqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
Məcburi köçkünlərin borcları necə ödəniləcək? - RƏSMİ AÇIQLAMA
“Qaçqınkom” 4700-ə yaxın mənzili ƏƏSMN-nin balansına verdi
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Məcburi köçkün ailəsi çətin durumda... - dəfələrlə müraciət etsə də...
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
"Azəriqaz" borclarla bağlı vətəndaşlara xəbərdarlıq etdi
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
“Bəli, qaçqınları təhqir etmişəm” - Qorxmaz Əlili + Video
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Komitənin qarşısından ucalan qarğışlar
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb
"Qaçqınkom"da etiraz-  Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi-VİDEO