“Rafael Cəbrayılov işi” "DALAN"DA... - Zərərçəkənlər istintaqın ləngliyindən narazıdırlar
21-01-2021, 12:19
55

“Rafael Cəbrayılov işi” "DALAN"DA... - Zərərçəkənlər istintaqın ləngliyindən narazıdırlar

Borclu olması səbəbindən deputat mandatını girov qoyması və çoxsaylı dələduzluq əməllərinə görə gündəmdən düşməyən Milli Məclisin keçmiş deputat Rafael Cəbrayılovdan şikayətçi olan vətəndaşların sayı artmaqdadır.

Rafael Cəbrayılovun külli miqdarda maddi zərər vurduğu şəxslərdən biri olan Bəhruz Məmmədov Yenicag.az-ın redaksiyasına müraciətində keçmiş deputatın “tor”una necə düşməsindən danışıb.

Bəhruz Məmmədov bildirib ki, dostu vasitəsilə Rafael Cəbrayılova 2 il əvvəl verdiyi pulu hələ də geri ala bilmir:

“Texniki Universitetdə təhsil alarkən müəllimim olmuş Fərhad Kərimov vasitəsi ilə Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti vəzifəsində işləyən Mirəsgər Əsgərovla tanış olmuşam. Bu tanışlıq daha sonra dostluğa çevrilmişdi. Mirəsgər Əsgərov həkimdir. O, biləndə ki, əmimin nəvəsinin İqtisad Universitetində problemi var, dedi, dostum Rafael Cəbrayılov vasitəsi ilə tələbənin problemini həll edə bilərik.

Tələbənin atası ilə Mirəsgəri görüşdürdüm. Onların arasında pul sövdələşməsi olub. Amma mən bu işə müdaxilə etməmişəm. Mirəsgər görüşdə bildirdi ki, Rafael Cəbrayılovla danışmışam, 20 min manata məsələni həll edəcək. Görüşümüz Nəsmi rayonu ərazisindəki “Semaşko” xəstəxanasının yaxınlığında baş tutdu. Mirəsgər məni həmin ünvanda gözlədi, gedib 20 min manatı gətirib ona verdim.

Rafael Cəbrayılovla danışdı, “Gənclik” mehmanxanasının arxasındakı qızıl dükanları olan yerdə görüşdük. 03 mart 2019-cu ildə Mirəsgər Əsgərov avtomobildən düşdü və pulu aparıb Rafael Cəbrayılovun əyləşdiyi maşında ona təqdim etdi. Mirsəgər qayıdıb gəldi, bildirdi ki, narahat olma, hər şey yaxşı olacaq”.

Şikayətçinin sözlərinə görə, Rafael Cəbrayılov pulu alsa da, tələbənin problemini həll etməyib:

“Rafael Cəbrayılova zəng etdim. Birinci danışığımızda mənə dedi ki, o tələbə Mirsəgər tərəfindən deyilib, İqtisad Universitetinin rektoru Ədalət Muradova xahiş etmişəm, o tələbəyə kömək olunmalı idi. “Hələ də həll olunmayıb?”, – deyə sual verdi.

Bizdən bir həftə vaxt istədi. Müddət başa çatdıqda, ona zəng etdim, tələbinin probleminin həll olması üçün yenə vaxt istəyəndə, dedim, vaxt istəmirik, pulumuzu qaytarın. Cavab verdi ki, pulunuzu bir həftədən sonra Mirsəgərə verəcəm, o da sizə qaytaracaq.

Mirsəgər bir həftə sonra bizə dedi ki, ona pul verilməyib, Rafael Cəbrayılova zəng et. Cəbrayılova zəng edəndə dedi ki, gələn həftənin ikinci gününə qədər Mirsəgər səndən alınan əmanəti qaytarmasa, “Mütəşəkkil”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) deyəcəm, onun qulağından tutub, atsın içəri.

Növbəti dəfə zəng vuranda isə məni təhqir etdiyi üçün ona artıqlaması ilə cavab verdim. Bundan sonra zənglərimizə cavab vermədi. Tələbənin valideyini Rafael Cəbrayılova zəng edəndə ona bildirdi ki, mən pulu sizdən almamışam, Mirəsgər alıb, o da qaytaracaq.

Bu proseslər çirkinləşdikdə, Mirsəgərin qudası hal-hazırda Milli Məclis sədrinin müavinlərindən biri olan Fəzail İbrahimli ilə telefon əlaqəsi yaratdım. Fəzail İbrahimli bizimlə söhbətdə Rafael Cəbrayılovla bağlı çox sayda şikayətlərin olduğunu dedi. Mənə təklif etdi ki, problemin həlli üçün spiker Oktay Əsədovun qəbuluna düşüm. Ancaq spikerin qəbuluna getsəm də, onunla görüşə bilmədim.

Məcbur olub yenidən Fəzail İbrahimli ilə əlaqə saxladım. O bildirdi ki, bəli, Mirsəgər Əsgərov mənim qudamdır, ancaq o ailənin nicatı Mirsəgər Əsgərovun ölümündədir. Artıq biz onun əlindən boğaza yığılmışıq, bununla bağlı mənə zəng etmə.

Bundan sonra Mirsəgər Əsgərovun özünü Dövlət Təhülkəsizliyi Xİdmətinin əməkdaşı kimi təqdim edən oğlu İslam Əsgərovla telefon əlaqəsi yaratdım. O da məni təhdid edərək dedi ki, bir də onu narahat etsəm, cibimə nəşə atıb, tutduracaq. Mirsəgər Əsgərovun evinə getdim, onun həyat yoldaşı mənə dedi ki, bizim Rafael Cəbrayılova gücümüz çatmır”.

İş bi həddə çatdıqdan Bəhruz Məmmədov problemin həlli üçün hüquq-mühafizə orqanlarına üz tutub:

“Bütün materiallar toplanaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi və araşdırılma başlanıldı. Araşdırma zamanı dediklərim tam sübuta yetrildiyi üçün və Mirsəgər Əsgərovon pulu bizdən alıb Rafael Cəbrayılova verməsinə dair 5 qəbz, Mirsəgər Əsgərovun səs yazısını və mesajlarını təqdim etdiyimə görə cinayət işi başlanıldı”.

Bununla belə, şikayətçi istintaqın çox ləng aparılmasından, dəyən maddi zərərin hələ də ödənilməməsindən narazıdır:

“İstintaq bir ilə yaxındır davam etsə də, nə Rafael Cəbrayılov, nə də Mirsəgər Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib, mənə və digər zərərçəkmişlərə dəyən zərər ödənilməyib. İstintaqı aparan baş müstəntiq Ceyhun Rzayev bu işdə süründüməçiliyə yol verir. Görünür, Rafael Cəbrayılovun deputat mandatını itirsə də, özünün təsir imkanlarını qoruyub saxlayıb. Rafael Cəbrayılov şəxsən özü telefonda mənə deyib ki, iki qızının Tibb Universitetini bitiriməsinə Mirsəgər Əsgərov kömək edib”.

Qeyd edək ki, son bir neçə ildə sabiq deputat Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri ilə bağlı mediada saysız-hesabsız materialların dərc edilməsinə baxmayaraq, geridə qalan müddət ərzində nə onun barəsində ciddi tədbir görülüb, nə də maddi ziyana uğrayan vətəndaşlara vurulan zərər ödənilib.

Çox maraqlıdır, Bəhruz Məmmədovun da qeyd etdiyi kimi, ortada konkret faktlar olduğu halda, istintaq çox anlaşılmaz qaydada təhqiqatı uzadır, bununla da keçmiş deputatın öz layiqli cəzasını alması və vətəndaşlara dəyən ziyanın ödənilməsini ləngidir.

Mövzunu davam etdirəcəyik.

Oxşar xəbərlər

Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQI: - Rafael Cəbrayılovu kim və necə himayə edir?
Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR
Məhkəmə Rafael Cəbrayılovun iddiasını rədd etdi: Yalan məlumat verib
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
Baş prokurordan Rafael Cəbrayılova bağlı AÇIQLAMA: "Araşdırmalara başlayacağıq"
Rafael Cəbrayılov deputat mandatından imtina etdi
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Cəbrayılovun borc qalmaqalına Qaralovdan - Reaksiya
İTV Paşayevanı efirə çağırdı, Cəbrayılova söz atdı
Bu dəfə Elmar Məmmədyarovu parodiya etdilər - VİDEO
Rafael Ağayevə yeni vəzifə verildi
Məşhur idmançılarımız karantin rejimində
Vilayət Eyvazov baş müstəntiqi rəis TƏYİN ETDİ
Əməkdar rəssam Rafael Abbasov vəfat edib
"Nyukasl" Poçettinonu gətirir
Şəhid Milli Qəhrəmanın ukraynalı xanımı: - “Rafaelin nəvələri ilə azad edilmiş Qarabağa gələcəyik”
Millət vəkilinə töhmət verildi
Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir
Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur
Ramiz Mehdiyevin kürəkəni Novruz Novruzovla birləşərək iş adamının torpağını əlindən alıb - İTTİHAM
Siyavuş Novruzov “Bu şəhərdə”nin parodiyasından DANIŞDI
Milli Məclisin daha bir deputatı koronavirusa yoluxdu - FOTO
Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?
Ramiz Mehdiyevin işlər müdirinin adı böyük dələduzluq işində - İLGİNC
"Canlandırdığım qadın obrazlarını həyatda görsəm qaçaram"
Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF
BDU-nun dosenti vəfat etdi
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? - Rəsmi