Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
25-01-2021, 12:12
148

Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Avalon-12” QSC və “Kriptonit İnşaat” MMC ilə maliyyə dəyəri 6 257 745.36 AZN olan müqavilə imzalayıb. “Reportyor.info” xəbər verir ki, müqaviləyə əsasən sözügedən şirkətlər nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) Abşeron “DOST” mərkəzinin əsaslı təmir işlərini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Avalon-12” QSC 26 noyabr 2011-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 100-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mirəzyev Fariz Dədəş oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtaşırı bu şirkətə müraciə edir. Məsələn, ötən il nazirliklə şirkət arasında 360 709.36 AZN dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət 13 gün ərzində Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasında əsaslı təmir, abadlıq və cari təmir işlərini həyata keçirib.
Məsələ burasındadır ki, sözügedən tender 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin daha əvvəl Heydər Əliyev Fondu tərəfindən təmir olunandan sonraelan edilib. Müəssisənin Fond tərəfindən təmir olunması barədə həm rəsmi mənbələrdə, həm də mətbuatda yetəri qədər məlumat var. Digər tərəfdən, həmin ərəfədə 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin baş mühasibi mediaya açıqlama verib ki, müəssisə Heydər Əliyev Fondu tərəfindən təmir olunub və yaxın zamanlarda müəssisədə heç bir təmir işi gözlənilmir.
2019-cu ilin oktyabrında isə nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi işlərini də “Avalon-12” yə həvalə edib. Bağlanmış müqavilənin məbləği 20 milyon 610 min manatdır.
Yenə 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Avalon-12” arasında maliyyə dəyəri 2 milyon 980 min manat olan müqavilə imzalanıb. Müqavilədə Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi və avadanlıqlarla təchizatı işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iri məbləğli tenderlərini əsasən bu şirkət udur.
Maraqlıdır ki, milyonluq layihələri həyata keçirən şirkət və onun sahibi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
“Kriptonit İnşaat” MMC-yə gəlincə, şirkət 16 sentyabr 2020-ci il tarixdə qeydiyyata alınıb. Hüquqi ünvanı İmişli rayonu, Mürsəlli, ev 1, mənzil 1-də yerləşən şirkətin nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Səfərli Seyran Eldar oğludur.
Şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Nizamnamə kapitalı 10 AZN olan 4 ayın şirkətinə hansı səbəbdən iri məbləğli sifarişlərin verildiyi sualı da açıq qalır.

Oxşar xəbərlər

Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
BNA 2.8 milyonluq “zapçast” alır
Nazirlik 48 min manata bayraq aldı
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Nazirlik 154 minə iki maşın alacaq - Tender
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Keşmiş nazir yarım milyonluq tender “uddu”
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaratdı
Sahil Babayevdən yeni TƏYİNAT
Macarıstandan Azərbaycana dəstək
“Yəqin şirkət nazir Sahil Babayevə məxsusdur. Adamın beyni “error” verir."