Səfirin Rasim Məmmədovla xəyanətə bərabər sponsor oyunu – təfsilat
10-02-2021, 12:24
94

Səfirin Rasim Məmmədovla xəyanətə bərabər sponsor oyunu – təfsilat

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan “Baku Stell Company” rəhbəri Rasim Məmmədovun Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə əlaqələri də ciddi şəkildə araşdırılmalıdır. 2 il əvvəl Rasim Məmmədovun ətrafında halqa daralarkən Elmira Axundova “qoruyucu mələk”tək ona dəstək verməyə başlayıb.

Belə aydın olur ki, o günlərdə Elmira Axundova ilə işbirliyi Rasim Məmmədovu mümkün həbsdən sığortalamağa hədəflənib. Rasim Məmmədovun istintaqa cəlb edilməsi xəbəri yayıldığı günlərdə Elmira Axudnovanın oğlu Həbib Axundov özünün facebook hesabında ona dəstəyinin ifadə edib, Rasim Məmmədovun sponsoru olduğu, Elmira Axundovanın yazdığı kitabın fotolarını paylaşıb. Elmira Axundova hələ səfir olmazdan əvvəl, cibində deputat mandatı daşıyarkən Rasim Məmmədovun xilas planında yer almağa nə vadar edib?

Bu işbirliyinin görünən tərəfi 2019-cu ildə Elmira Axundovanın sabiq dövlət başçısı Heydər Əliyev haqqında kitabında üzə çıxır. Kitabın ən gözəgəlimli hissəsində, 2-ci səhifənin yuxarı başından “Kitab “Baku Stell Company” şirkətinin təsisçisi Rasim Məmmədovun maliyyə dəstəyi ilə nəşr olunub” yazılıb. Kitab 2019-cu ildə, Rasim Məmmədovun barəsində ilkin araşdırmaların start götürdüyü günlərdə işıq üzü görüb.
Elmira Axundova deyə bilər ki, Rasim Məmmədovun əməllərindən xəbərsiz olub. Amma buna özündən başqa kimsə inanmaz. Çünki həmin günlərdə mətbuatda Rasim Məmmədovun bu gün ittiham edildiyi cinayət əməlləri haqda çeşidli yazılar dərc olunurdu. Bu yazılardan belə aydın olurdu ki, Rasim Məmmədov gizli şəkildə BSC-dən qazanclar əldə edərək xaricə çıxarıb, işdən kənarlaşdırılacağı təqdirdə xarici ölkələrdən birinə sığınmaq üçün hazırlıqlar görür.
Bundan əlavə 2007-ci ildən bu yana Rasim Məmmədovun adı reketlikdə, qoçu dəstəsi saxlamaqda, reyder hucumlarda, dələduzluqla zavodları ələ keçirən əsas sima kimi ölkə ictimaiyyətinə bəllidir. Yəni Rasim Məmmədov ictimai şüura ləkəli reputasiyaya malik biri kimi pərçimlənib. İllərin deputatı Elmira Axundova bundan xəbərsiz olub? Heydər Əliyev kimi dahi haqda kitaba keçmişi ləkəli birinin sponsor olaraq cəlb olunması hansı məntiqə sığır?
Elmira Axundova kitabı çapa hazırlayarkən pulsuzluqdan əziyyət çəkib? Əlbəttə ki, yox! Çünki onun kitabları CBS mətbəəsində və başqa mətbəələrdə Ulu öndərə hörmət, ehtiram əlaməti olaraq pulsuz çap olunur. Belə olan halda Elmira Axundovanı Rasim Məmmədovu bunca ciddi bir kitabın nəşrinə sponsor seçməsi nə ilə əlaqəlidir? Elmira Axundova bu boyda ölkədə reputasiyası, əli təmiz, adı dələduzluqda keçməyən bir sponsor tapmayıb?

Bu gün Rasim Məmmədova elan olunan ittihamlar elə həmin kitab çap olunan günlərdə də keçərli idi. Külli miqdarda dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə ittihamlı bir şəxsi Azərbaycanın taleyində müstəsna rolu olan tarixi şəxsiyyət haqda kitaba sponsor seçməklə Elmira Axundova nə məqsəd güdüb? Elmira Axundova Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev kimi dahi haqda kitaba dələduzluqda adı hallanan birini sponsor olaraq yuxarı başa çəkməsi təsadüfi olub? Elə mətbuat üzərində aparılan kiçik bir gəzişmə kifayət edir ki, Elmira Axundovanın çox da uzağa getmədən kitabın nəşrinə sponsor tapa bilərdi. Məsələn bəh-bəhlə geniş ictimiyyətə iş adamı kimi təqdim etdiyi oğlu Həbib Axundova müraciət edib kitabın maliyyələşməsini təmin edə bilərdi.
Müsahibələrində oğlunun biznesmen olmasını, Həbib Axundov özü isə “yüzlərlə insanın işlədiyi böyük biznesim var” deyirlər. Belə bir halda ətrafında çənbər daralan Rasim Məmmədova Elmira Axundova kitabında niyə yer verib? Elə oğlu həmin kitabı maliyyələşdirə bilməzdi? Ümumiyyətlə pulsuz çap olunan kitaba görə sponsor axtarışlarına nə ehtiyac vardı? Elmira Axundovaya dövlət 3 ev verib. 4-cü ev isə hökumət bağındadır. Deputat maaşı, çoxsaylı imtiyazlar da bura əlavə olunmalıdır. Nədir Elmira Axundova ilə Rasim Məmmədovu birləşdirən?

Belə ehtimallar var ki, Rasim Məmmədov Azərbaycanda taladığı milyonların böyük hissəsini bu gün Elmira Axundovanın səfir ol duğu Ukraynaya, oradan isə Avropaya transfer edib. Elmira Axundovanın da bu ölkəyə səfir göndərilməsi bu baxımdan suallar doğurur. Maraqlıdır ki, bu, səfirin külli miqdarda dələduzluq ittihamı ilə həbsə göndərilən, işbirliyində olduğu ilk şəxs deyil. Rasim Məmmədovun həbsindən cəmi 3 il əvvəl Elmira Axundovanın evinin daimi sakini Elnur İbrahimov da külli miqdarda dələduzluğa görə həbsə göndərilib.
Elmira Axundovanın o zaman Elnur İbrahimovdan günaşırı 5 min manat alması da cinayət işində yer alıb. Elmira Axundovanın böyük dələduzluq əməlləri ortalıqda olan şəxslərlə əlaqələrə həvəs göstərməsi səfir olaraq ölkəmizə yaxşı heç nə vəd etmir. Bununla yanaşı onun ölkənin dünənini, bu gününü və gələcəyini müəyyən edən Ulu öndər barədə kitaba Rasim Məmmədov kimi ləkəli birinin sponsor seçməsinin də hesabı sorulmalıdır./http://istiqlal.az/

Oxşar xəbərlər

“Baku Steel Company”nin rəhbəri həbs EDİLDİ
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
Rasim Məmmədov bu gün məhkəmə qarşısına ÇIXARILACAQ
Rasim Məmmədova qarşı bu ittihamlar irəli sürüldü
“Yəqin öz sahiblərinə də “atıb”” - Rasim Məmmədovun 5 milyon ziyan vurduğu sabiq deputatdan İLGİNC AÇIQLAMALAR
Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi
Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
Mehdiyevin “qara kassası” niyə həbs olundu? – Pərdəarxası
“Məndən əl çəkin!” – Jurnalist Rasim Musabəyovu “yaramaz” adlandırdı
İNK sədri Rasim Məmmədov həbs olunur? -Prezidentin adından vəzifə paylayan Rasim Məmmədovu kim himayə edir?
Ayə, qoymayın üstümə İrasim gəlir..-RASİM MƏMMƏDOVUN CİNAYƏT ƏMƏLLƏRİ.....
Rasim Məmmədov kimdən qorxurmuş? - Zirehli maşın, gülləkeçirməz pəncərələri olan villa... - ŞOK FAKTLAR
Bu adam tək başına Azərbaycan büdcə gəlirlərinin 8 faizini mənimsəyib
Rasim Məmmədovun Suraxanıda gizli zavodu üzə çıxdı
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
“Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib”
Ukraynadakı keçmiş səfirimizi və AzTV-nin sabiq əməkdaşını ermənilərə nə bağlayır? – Fotolar
Gəlinin qayınatasını bıçaqlaması ilə bağlı YENİ XƏBƏR: - 20 gün əvvəl...
“Cəmi 3 gün işləmişdik ki, həmin qoçu dəstələri gəldi...” – 2 miyardlıq “müharibə”
Azərbaycanda institut direktoru vəfat etdi
55 MİLYONUN ARXASINDAN MEHDİYEV ÇIXIR - “Rasim Məmmədov bizə də atıb” mesajı nəyə xidmət edir?
Bakı ŞİH-nin müdirləri Zülfəli, Rasim və…Orxanın HƏBS-i an məsələsidir
İlham Əliyevdən Elmira Süleymanova ilə bağlı SƏRƏNCAM
Rasim Məmmədov Mehdiyev tayfasına nə qədər pul “atıb”?
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
Bakı ŞİH-nin müdirləri  Zülfəli, Rasim və…Orxanın HƏBS-i an məsələsidir
Rasim Musabəyovu kim danışdırır? – Babasının açdığı cığır…
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi