Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nin rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD
11-02-2021, 15:30
114

Akademiyada nələr baş verir: Əlövsət Quliyev AMEA-nin rəhbərliyini niyə məhkəməyə verib? - ŞOK SƏNƏD

Mən AMEA-nın prezidenti Ramiz Mehdiyevi yox, akademik Qərib Məmmədovu və fəaliyyətində yol verdiyi saxtakarlığa görə polis orqanlarından xaric edilmiş Rasim Ağasıyevi məhkəməyə vermişəm. Təəssüf ki, bu fakt media orqanlarında təhrif edilərək, mənim guya AMEA prezidentini məhkəməyə verdiyim iddia olunur”.
 
AMEA-nın  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Ovqat.com-a açıqlamasında belə deyib.
 
Onun sözlərinə görə, məlumatda məhkəmə şikayətinin məğzində də təhrifə yol verilib. Belə ki, o, bülletendə olduğu halda işdən uzaqlaşdırılmasına görə yox, bu qərarın qanunsuz imzalanmasına görə məhkəməyə müraciət etməli olub: “O başqa məsələdir ki, AMEA rəhbərliyi bu qanunsuz qərarını mənim iştirakımı təmin etmədən və xəstəliyimə görə bülletendə olduğum zaman imzalayıb. Dolayısıyla mahiyyət etibarilə qanunsuz bir qərar prosedur qaydalarına da əməl edilmədən verilib”.


 
Məhkəmənin fevral ayının 27-də keçiriləcəyini bildirən övsət Quliyev öz hüquqları uğrunda sonuna qədər mübarizə aparacağını bildirib.
 
Qərarı imzalayan şəxs AMEA-nın prezidenti olduğu halda niyə başqalarından şikayət etdiyinə aydınlıq gətirən Əlövsət müəllim bildirib ki, Ramiz Mehdiyevin beynini Qərib Məmmədovla Rasim Ağasıyev doldurub. Ona görə də əsl günahkar məhz bu ikisidir.
 
AMEA-dakı etibarlı mənbələrdən aldığımız məlumata görə, Əlövsət Quliyev iki ay əvvəl Ramiz Mehdiyevin əmrinə əsasən, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə isə akademik Qərib Məmmədov təyin olunub. 
 
İddialara görə, Qərib Məmmədov uzun illər (2004-2015)  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsini icra edib. Fəaliyyətində yol verdiyi ciddi nöqsanlara və korrupsiya əməllərinə görə, həmin komitə 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamıyla ümumiyyətlə ləğv olunub. 


 
Maraqlıdır ki, adı torpaqların qeyri-qanuni satılmasında hallanan Qərib Məmmədov üzərindən 6 il keçdikdən sonra AMEA-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru təyin olunur. Bunun üçün isə akademiyada halal zəhmətilə tanınan, bir sıra uğurlu layihələrin müəllifi və müxtəlif mükafatların laureatı olan Əlövsət Quliyev işdən uzaqlaşdırılır. 
 
Mənbəmizin bildirdiyinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi rayonlardakı şöbələrinin rəhbərləri barədə artıq cinayət işi açılıb. İddialara inansaq, Komitənin fəaliyyətinin araşdırılması zamanı Qərib Məmmədovun da başı ağrıya bilər. Belə bir insanın AMEA-nın institutlarından birinə direktor təyin olunmasının əsas səbəblərindən biri də, görünür, toxunulmazlıq statusu qazanmaqdır.
 


Əlövsət Quliyevin məhkəməyə şikayət etdiyi Rasim Ağasıyevə gəlincə, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq təminatı şöbəsinin rəhbəri olan bu şəxs sözügedən elm ocağının repressiya aləti kimi tanınır. Həqiqi elm adamlarının başı üstündə Demokl qılıncı kimi əsən Rasim Məmmədovun öz keçmişi barədə müxtəlif söz-söhbətlər dolaşır. Mənbələrimizdən əldə etdiyimiz bəzi sənədlər də iddiaları doğrulayır. Məsələn, Azərbaycan DİN-nin Bakı şəhər Polis İdarəsinin bir sorğuya verdiyi cavab məktubuna görə, Rasim Ağasıyev polis orqanlarında yol verdiyi ciddi nöqsanlara görə 1999-cu ildə işdən uzaqlaşdırılıb. Maraqlıdır ki, Qərib Məmmədov kimi o da işsiz qalmayıb və AMEA Rəyasət Heyətinin Hüquq və Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.


 
Mənbəmizin onu da bildirir ki, Rasim Ağasıyev AMEA-nın bundan əvvəlki prezidenti Akif Əlizadə tərəfindən də işdən kənarlaşdırılmışdı. Ramiz Mehdiyevin yeni vəzifəyə təyin olunan kimi ilk qərarlarından biri isə qanunsuz əməllərinə görə qovalanmadığı yer qalmayan Rasim müəllimi yenidən işə bərpa etmək olub.

Oxşar xəbərlər

İşdən çıxarılan direktor Ramiz Mehdiyevi MƏHKƏMƏYƏ VERDİ
AMEA-nın iki institutunun direktoru İŞDƏN ÇIXARILDI
Ramiz Mehdiyev AMEA-nı “Veteranlar klubu”na çevirir: Özündən 3 yaş böyükdür
AMEA-da “Mehdiyevsayağı islahat“: 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Ramiz Mehdiyev daha bir açıqlama yaydı: “Şərəf və ləyaqəti məhkəmədə qorumaq…”
Ramiz Mehdiyev İsa Həbibbəylini də vəzifəsindən azad etdi
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyev akademiki işdən çıxardı
Ölmüş alim hələ də AMEA-da “işləyir” - FOTOFAKT
Ramiz Mehdiyev təkzib etdi
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi
Əli Həsənova AMEA-da vəzifə verilir?
Qərib Məmmədov özünə müavin TƏYİN ETDİ
Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı
Ramiz Mehdiyev AMEA-dakı nöqsanları açıqladı
Ramiz Mehdiyev ona vəzifə verdi
AMEA-da direktor xanım buna görə İŞDƏN ÇIXARILDI
Mehdiyevə əmrini geri oxutdular?
AMEA-ya yeni Aparat rəhbəri TƏYİN OLUNDU
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
Ramiz Mehdiyev vətəndaşları qəbul etməkdən imtina etdi — FOTOFAKT
AMEA-da ana dilimizə qəsd və bağışlanmaz cinayət - Professor günahkarları ifşa etdi
Tarix İnstitutuna yeni baş direktor təyin edildi
Alimlərin kabusuna çevrilən “TOXUNULMAZ MÜQƏDDƏSLİK”: - Akademiki tənqid etməyin cəzası nədir?
Ramiz Mehdiyev ağ xalatda - baş onkoloq AMEA-ya gəldi və...
AMEA-nın saytının baş redaktoru İŞDƏN ÇIXDI - FOTO
AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni təyinatlar olub
Ramiz Mehdiyev sabiq naziri özünə müşavir təyin etdi
Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"