Gənclikdəki tunel 512 milyon dollara başa gəlib? - Zakir Qaralovun şirkətiylə bağlı qalmaqal
11-02-2021, 16:27
225

Gənclikdəki tunel 512 milyon dollara başa gəlib? - Zakir Qaralovun şirkətiylə bağlı qalmaqal

“İtalian Design Holding”in direktoru Franko Rizzatonun Bakının Gənclik metrostansiyası yaxınlığında 2013-cü ildə tikilən tunelə yarım milyard dollardan çox pul, yəni 512 milyon dollar xərclənməsini açıqlayandan sonra Azərbaycan ictimaiyyətində bununla bağlı müzakirələr başlanılıb və müxtəlif şəxslər bu qədər pulun xərclənməsini tənqid edərək sifarişçiyə suallar ünvanlayıblar.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, tunelin tikintisi üçün sifarişçi Nəqliyyat Nazirliyi, icraçı isə “Akkord” şirkətlər qrupu olub.
Keçmiş baş prokuror Zakir Qaralova aid olduğu bildirilən “Akkord” isə bu işi “İtalian Design Holding” şirkətinə tapşırıb.
Layihənin mediada təqdimatı zamanı qeyd edilib ki, tikintiyə xarici mütəxəssislərdən ibarət 300-ə yaxın subpodrat işçi qüvvəsi cəlb edilib.
İtaliya şirkətinin açıqladığı məlumata ətraflı baxış keçirərkən məlum olur ki, ümumi layihəyə xərclənən vəsait əslində daha çoxdur. Belə ki, layihə çərçivəsində 1, 1A, 2 və 3-cü tunellərin tikinti və memarlıq dizaynı, layihənin və tikintinin idarəedilməsinə 426 milyon dollar xərclənib. Şirkət açıqlayır ki, 6 saylı tunel üçün eyni işlərin görülməsinə isə əlavə 73 milyon dollar sərf olunub.
Eyni şirkət 2012-2013-cü illərdə Z.Qaralovun “Akkord” şirkətinin Nərimanov rayonunda yerləşən baş ofisinin daxili dizayn işlərini 5,9 milyon dollara görüb.
Və “Akkord”un tikintisini həyata keçirdiyi elan edilən Zığ beton yolu üçün də italiyan şirkətinə 1,4 milyon dollar ödənilib.
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, dövlət büdcəsindən investisiya xərcləri çərçivəsində Qələbə meydanında (Gənclik metrostansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi üçün 2010-2014-cü illərdə ümumilikdə 412 milyon manat ayrılıb: “Bu, həmin dövrün məzənnəsi ilə 528 milyon ABŞ dollarına bərabərdir. Bunun 225 milyon manatı 2010-cu ildə, 80 milyon manatı 2011-ci ildə, 40 milyon manatı 2012-ci ildə, 62 milyon manatı 2013-cü ildə, 5 milyon manatı isə 2014-cü ildə ayrılıb. Bu vəsaitlər Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb”.
İctimaiyyət nümayəndələri tikinti üçün bu məbləğin çox yüksək olduğunu bildirərək Ziya Məmmədov tərəfindən yeyintiyə yol verildiyini iddia ediblər. Keçmiş nazirə qarşı bu ittihamlar yeni deyil və onun vəzifədə olduğu müddətdə də zaman-zaman oxşar iddialar irəli sürülüb. 
Yarım milyarda başa gələn tunel üzərindən başlanan müzakirələr asfaltlama və tunel çəkilişindəki yeyinti, “otkat” məsələlərini də yenidən gündəmə gətirib.

Oxşar xəbərlər

Gənclikdəki tuneldə yeyilən milyonların izi ilə... - Sən demə...
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
“Akkord”un dövlət büdcəsinə 4 milyon manat borcu var
Smeta dəyəri 320 milyon manat olan Bakı-Astara yolu 1.2 milyard manata necə başa gəldi?
Azərbaycanın iki tanınmış şirkəti məhkəmə qarşısında
Ermənistanın xarici borcu 8 milyard dollara çatır
Əlişir Usmanovun ayırdığı 5 milyon 20 min insan arasında paylandı
Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…
İllər sonra üzə çıxdı: Kürəkəni Putininin adından istifadə edərək...
Mərkəzi Banka 218 milyon avroya yeni bina tikilir
Müğənnilərə qarşı 200 min dollardan çox DƏLƏDUZLUQ
Prokurorluq sistemində AKKORD dövrü  bitib-Baş prokuror  Kamran Əliyev ciddi islahatlar aparır
Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı
Ordumuzun Ermənistana vurduğu ziyan - SİYAHI
Zakir Həsənov onları CƏZALANDIRDI
Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat olub
Həbs olunan bank sədrinin xaricdəki əmlakları üzə çıxdı
Sosial media nəhənglərinin gəliri artıb
Azərbaycan səmasının Cahangiri - milyardlar necə "uçur"?
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
Daş 2 milyon dollara satışa çıxarıldı - FOTOLAR
Asiyanın ən zəngin adamı bəlli oldu
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
"Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi - VİDEO
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Ronaldo 6 milyon dollardan imtina etdi