QİÇS Mərkəzindən daha bir kobud tender maxinasiyası: 1 ayın şirkəti...
15-02-2021, 13:22
78

QİÇS Mərkəzindən daha bir kobud tender maxinasiyası: 1 ayın şirkəti...

Respublika QİÇS-lə Mübarizə Mərkəzi fevralın 12-də malların özünəməxsus çap və hazırlanması üzrə satınalma müsabiqəsinə yekun vurub. 
Məbləği 164 min 900 manat olan olan tenderi "DEKOMA QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb.
Tenderin şərtlərinə görə, 85000 təqvim - stolustu 12 aylıq və səhifəlik (spirallı, xüsusi loqolu, A5 300 qr kağızda və laminasiyalı), 85000 cib bloknot- qələmli (100 vərəqli ,100 qr kagiz), 85000 cib təqvimi (350 qr xüsusi loqolu laminasiyalı) tədarük olunacaq. 
Qeyd edək ki, müsabiqənin qalibi olan "Dekoma Qrup” MMC 17.12.2020 tarixində yaradılıb. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.96 m.17 ünvanında yaradılan şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Günel Qəmbərovadır. 

Qeyd edək ki, Gəmbərova Günel Oqtay qızının qanuni təmsilçisi olduğu daha bir şirkət ötən ilin dekabrın 22-də yaradılıb. Belə ki, "ALTEKS LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüququ ünvanı "Dekoma Qrup”la eynidir. 
Maraqlıdır ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fevralın 8-də keçirdiyi birdəfəlik kontraseptivlərin satın alınması müsabiqəsində də qalib yeni yaradılan şirkət olmuşdu. Məbləği 199 min 500 manat olan tenderi qalibi "KİP SERVİS" MMC olmuşdu.
Bu isə o deməkdir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi satınalmalar haqqında qanunvericiliyi 4 gün ərzində 2 dəfə kobud şəkildə pozub. Belə ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 
Tenderin başlamasından, yəni 12.01.2021-ci il tarixindən cəmi 1 ay əvvəl yaradılmış şirkətin müsabiqədə qalib elan olunması şübhələrə əsas verir...

Oxşar xəbərlər

Yeni “tender canavarı”nın şirkətlərini kim himayə edir?...
Universitetdən kobud qanun pozuntusu: 136 minlik tender ...
Universitetdən kobud qanun pozuntusu: 136 minlik tender yeni yaranan şirkətə verildi - Foto
Müəmmalı "tender" lər silsilsindən - “Tender kraliçası”nın şirkətlərini kim himayə edir?..
4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
Məşhur holdinqin şirkəti ləğv olundu
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
Həbs olunan “Azərxalça” şefinin BİZNES ORTAQLARI... - Onların da İŞİ YAŞDIR...
Dövlət İmtahan Mərkəzi “tender canavarı”nı ad günündə sevindirdi
Sumqayıt Tibb Kollecində korrupsiyaya kimlər rəvac verir? - İLGİNC FAKTLAR
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
Yeni yaradılan şirkət ləğv olunur
AMEA-nın mühafizəsi gücləndirilir: 147 minlik müqavilə bağlandı
Avtobus sürücüsünü döyən şirkət müdirini “Azərkosmos“-a nə bağlayır?
BNA 2.8 milyonluq “zapçast” alır
Nizamnamə kapitalı 13 milyon manata yaxın olan şirkət bağlanır
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM