Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
22-02-2021, 14:57
57

Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?

Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Əziz Əzizovun mədəni şəkildə sahibkarlıq adlandırdığımız, həqiqətdə isə xırdavat ticarətindən dövlət idarəetmə sisteminə,həm də birbaşa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçidinin fəsadları bu gün özünü göstərməkdədir. Yəni, ətrafında baş verənlərə baxmayaraq Əziz Əzizov bu gün də dövlət əmlakını asanlıqla alqı-satqı predmetinə çevirməkdən çəkinmir.Dövrü mətbutda Cəlilabad və Yasamal rayonlarında onun törətdikləri bir çox özbaşınalıqlar barədə yazılanların üstündən hardasa sükutla keçmək olar. Amma Suraxanıya təyin olunduğu bir il dörd ay ərzində rayon ərazisində, boş torpaq sahələrində tikintiyə verilən icazələrin artmasının üstündən sükutla keçmək olmur.

Aktualinfo.org-a dünən verilən məlumatlar da Suraxanı rayon ərazisində məhz qanunsuz tikilinin aparılmasından bəhs edir. Qeyd olunur ki,İcra başçısı indi də Yeni Suraxanıda Samir Əliyev küçəsində, 316 saylı tam orta məktəbin qarşısındakı boş torpaq sahəsini satıb.Sözügedən əraziyə baş çəkən əməkdaşımızın sözlərinə görə ərazidə vaxtı ilə neft quyuları olub. Sakinlər ərazidə abadlıq işləri apararaq yeni şam ağacları da əkiblər.Neçə müddətdir boş,baxımsız olan bu ərazi Əziz Əzizov Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra satılıb.Əməkdaşımız ərazinin kimə satıldığını öyrənə bilməsə də,neçəyə satıldığı barədə məlumat əldə edə bilib. Satıldığı iddia olunsa da, nə bilmək olar,bəlkə də İcra başçısı ərazini kiməsə həddiyyə edib.

Amma faktiki olaraq işbazlar xüsusi texnikalar vasitəsilə bir neçə gündür ki, işə başlayıb, vaxtı ilə ərazidə olmuş neft quyularının üstünü örtüblər. Ərazidə nəyin tikiləcəyi hələ bəlli olmasa da, görsənən odur ki, yaxınlıqda yerləşən 316 saylı tam orta məktəbdə oxuyan şagirdlər Əziz Əzizovun sayəsində əziyyətə qatlaşmalı olacaqlar. Aşağıdakı şəkildə gördüyünüz şəxs isə ərazidə tikinti aparmaq istəyənlərə etiraz edərkən sakinlarə bildirib ki,sənədləri var. Əcəba bu cənab, vaxtı ilə neft quyularının yerləşdiyi ərazidə tikinti işlərini aparmağa sənədləri haradan alıb? Ümumiyyətlə neft quyularının yerləşdiyi ərazilərdə hər hansı bir yaşayış binasının və yaxud da iaşə obyektinin tikintisinə icazə verilirmi? Əsas məsələ budur.

Təbii ki,Suraxanı rayon İcra Hakimiyyəti ərazidə tikinti işlərinin aparılmasına təkbaşına sənəd verə bilməz. İndi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir. Hansı ki, bu qurum Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanıa qədər Bakı Şəhər İcra Hakimiyyətin strukturuna daxil idi. Artıq Bakı şəhərində tikintiyə icazəni şəhərsalma planlarına uyğun olaraq bəhs etdiyimiz idarə verir. Həm də yerli özünüidarəetmə strukturları ilə razılaşdırılmış qaydada. Bəlkə ərazidə tikinti işlərinin aparılmasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev icazə verib?Bu alqı-satqıda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rolu olubmu? Onu da deyə bilmərik. Amma faktiki olaraq ərazidə tikinti işləri aparmaq istəyənlərin nümayəndəsi sənədi olduğunu bildirib. Bu sənədin kim və ya kimlər tərəfindən,hansı məqsədlər üçün verildiyini növbəti yazılarımızda diqqətinizə çatdıracağıq.
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?




Oxşar xəbərlər

Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
İcra başçısına yeni müavin təyin edildi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Suraxanıda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - Fotolar
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
Prezident icra başçısını işdən çıxardı
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?
Nəsimi Rayon İcra Hakimiyyətində yeni şöbə müdiri TƏYİN EDİLİB
Yeni icra başçısı daha bir vəzifəli şəxsi işdən çıxardı
Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb? - FOTO
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Əziz Əzizov Fuad Cəbrayılovu niyə özünə müavin apardı?
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Biləsuvarda başçının həbsi heç nəyi dəyişməyib... - Köhnə hamam, köhnə tas...
Həbs təhlükəsi olan İcra başçıları quda oldular
Prezident iki rayona icra başçısı təyin etdi - Sərəncam
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi