Heybət İmanovun adı QALMAQALDA... - Keçmiş müdirini bıçaqlatdırmaq üçün “kömək istəyib”
24-02-2021, 19:46
85

Heybət İmanovun adı QALMAQALDA... - Keçmiş müdirini bıçaqlatdırmaq üçün “kömək istəyib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin işçisi olmuş Vüsal Əliyev həm korrupsiyada, həm də öz müdirinə qarşı sui-qəsddə suçlanır. Amma özü ittihamla razılaşmır.

Əliyev ixtisasca hüquqşünasdır, imtahanla nazirliyə işə qəbul olunub. O, həbsinə görə nazirlikdə işlədiyi şöbənin müdiri Heybət İmanovu günahlandırır.

Keçmiş müdirini bıçaqlatdırmaq üçün “kömək istəyib”
Cinayət işinin materiallarında iddia olunur ki, Əliyev bir sıra şəxslərə, o cümlədən anasına saxta sənədlərlə təqaüd təyin etdirib. Eyni zamanda, pensiya almaq hüququ olan xeyli adama da qanunsuz şəkildə imtina edilib. O, bu əməllərdə suçlanaraq həbs edildikdən sonra təcridxanada kamera yoldaşından keçmiş müdirini əvvəl döydürmək, sonra da bıçaqlatdırmaq üçün kömək istəyib. Quldurluqda suçlanaraq həbs olunmuş kamera yoldaşı da azadlıqdakı qohum və tanışlarına bu haqda məlumat verib. Onlar da vəd olunmuş pul müqabilində həmin işi həyata keçiriblər.

İddia olunur ki, şöbə müdirinin məhkəmədə onun əleyhinə ifadə verməməsi üçün təqsirləndirilən hüquqşünas bu addımı atıb. Məqsəd onu qorxudub məhkəmədə ifadəsinin qarşısını almaq olub.

Hazırda Əliyevlə yanaşı, onun kamera yoldaşı olan Mirafiq Bəşirov, qardaşı Nurlan Bəşirov, Namiq Alagözov, Bəhruz Əhmədov, Zaur Cəlilov və Fariz Daşdəmirov da məhkəmə qarşısına çıxarılıb. Onlara İmanova qarşı sui-qəsddən əlavə, külli miqdarda narkotik ittihamı da verilib.

“Bir həftə içində düzüb-qoşublar”
Amma təqsirləndirilən şəxslər də, vəkilləri də ittihamda yazılanların yalan olduğunu deyir.

“Bir həftə içində bu cinayət işini düzüb-qoşublar. Adamlardan zorla yalan ifadələr alıblar. Sonra 9 ay heç bir istintaq hərəkəti aparmayıblar. Adamların hamısına eyni miqdarda narkotik tapılması barədə ittiham veriblər. Necə ola bilər ki, tutulanların hamısından eyni miqdarda tapıldı? Bu biabırçılıqdır”, – təqsirləndirilən Əhmədovun vəkili belə deyib.

Təqsirləndirilən Əliyev özünü qismən təqsirli bildiyini deyib. Amma konkret nədə təqsirli bildiyini açıqlamayıb. O, zərərçəkmiş qismində tanınan keçmiş şöbə müdirinin qərəzli olduğunu bildirib.

Heybət İmanov xeyli vaxtdır nazirlikdə işləyir. 2013-cü ildə Səlim Müslümov nazir təyin ediləndən sonra o, işdən çıxarılıb. Bundan sonra İmanov Hesablama Palatasında şöbə müdirinin müavini təyin edilib. Sahil Babayev nazir vəzifəsinə təyin ediləndən sonra o, nazirliyə qaytarılıb.

Məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Oxşar xəbərlər

ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi - 3-cü aydır güzəştli şərtlərlə pensiyaçılara ödəniş edilmir
Heybət İmanov pensiyaçılardan tutdurduğu şəxsə qarşı ifadə vermələrinə çalışır - İTTİHAM
Keçmiş nazirin “sağ əli” də həbs olundu
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Heybət İmanov Ali Məhkəmənin qərarını “daxili nəzarət” qaydasında yoxlayır? - NARAZILIQ!
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Əjdər Ol da həbs oluna bilər - Keçmiş nazirin ətrafı istintaq altında
İlham Əliyevdən hər kəsi sevindirəcək QƏRAR!
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ
Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
ƏƏSMN, Nizami RİH və ƏMDX-nın kollektiv mənzil korrupsiyası... - GİLEY
2 100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edildi
Keçmiş nazir məhkəmədən NİYƏ QAÇIR? - Yenə eyni tələb səslənsə də...
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi
Körpəsinin otağına kamera qoyan ana gördüklərinə inanmadı - FOTO
"Xalqdan oğurladıqlarını qaytarsınlar, sonra...” - AYB üzvlərindən Əjdər Olun həbsinə reaksiyalar...
Səlim Müslümovun “kuruq”u: Onu həbsxana yoldaşı audit edirmiş…
Barəsində cinayət işi açılıb, direktor işləyir... - Lerik təhsilində nə baş verir?
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT