Mədəniyyət Nazirliyində həbslər yetərli olmadı?.. - MÜƏMMALI TƏYİNAT
26-02-2021, 11:26
168

Mədəniyyət Nazirliyində həbslər yetərli olmadı?.. - MÜƏMMALI TƏYİNAT

Məlum olduğu kimi, təxminən iki il öncə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalandı və sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin yerlərdə regional idarələri yaradılıdı. Yaradılan regional idarələrdən biri də Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi oldu. Hazırda bu idarəyə 40 ildən artıqdır mədəniyyət sahəsində çalışan Lətifə Mövsümova rəhbərlik edir. Bir müddət öncə isə Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna maraqlı təyinat olub. Gündüz Mürsəlov bu vəzifəyə gətirilib. G.Mürsəlovla bağlı media üzərindən apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə etmişik.
Məlumat üçün bildirək ki, 1972-ci il avqust ayının 16-da Tərtər rayonunda anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr dərəcəsi, 2007-ci ildə isə həmin fakültənin maqistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2013-2016-cı illərdə Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri 2017-ci ildə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi (Tərtər rayonu üzrə nümayəndə) vəzfələrində çalışmışdır. 2018-ci il oktyabr ayının 16-dan Azərbaycan Respublikası Mədəniyyət Nazirinin əmri ilə Masallı Regional Mədəniyyət İdarəsinə rəis müavini vəzifəsinə təyin olunmuşdur.
Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri olarkən G.Mürsəlovun yoxlanıb və məlum olub ki, şöbəyə büdcədən ayrılan vəsaitlər məqsədyönlü şəkildə istifadə olunmur. Bunun nəticəsi olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi olan Gündüz Mürsəlov vəzifəsindən azad edilib və bu rəsmən təsdiqlənən korrupsiya faktına görə baş verib. Bütün bunlardan sonra, G.Mürsəlovun Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna gətirilməsi isə maraqlı suallar yaradır. Rayondakı mənbələrin bildirdiyinə görə, cənab Mürsəlov özü bu prosesin nazir müavini Vaqif Əliyevin himayədarlığı ilə həyata keçirildiyini bildirib. G.Mürsəlovla bağlı məlumatlı mənbənin bildirdiyinə görə, “Mədəniyyət Nazirliyinin prokurorları” ləqəbini alan Pərviz İsgəndərli və Namiq Qulamov da G.Mürsəlovun himayədarı rolunda çıxış edir. Bütövlükdə bu komandanın başında isə nazir müaviniRafiq Bayramovun durduğu iddia olunur.
Mövzuyla bağlı araşdırmamız davam edəcək. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

cumhuriyyet.az

Oxşar xəbərlər

Nazir iki idarə rəisi TƏYİN ETDİ
Mədəniyyət nazirindən yeni TƏYİNATLAR
Azərbaycanda daha bir vəzifəli şəxs işdən AZAD EDİLDİ
Yeni nazir onu vəzifədən azad etdi
Anar Kərimov regional idarənin rəsini İŞDƏN ÇIXARDI
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Anar Kərimov bu xanıma yüksək VƏZİFƏ VERDİ - FOTO
Ramiz Quliyev vəzifəsindən azad edildi
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Nazir idarə rəisini işdən çıxardı
Azərbaycanda 10 minlik yeyintiyə görə bu rəis işdən çıxarıldı
Mədəniyyət Nazirliyində yeni təyinat olub
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
İlham Əliyev onu mədəniyyət naziri TƏYİN ETDİ - SƏRƏNCAM
Daha bir məmur vəzifədən azad olundu - Foto
Mədəniyyət Nazirliyində yeni islahatlar başlayır
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
Bərdə Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq
MM-in Mədəniyyət komitəsində dinləmələr keçiriləcək
Yeni mədəniyyət naziri kimdir? - DOSYE
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Əməkdar incəsənət xadimi təltif edildi