“Muğan Bank” 2020-ci ilin sonuna olan hesabatını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, “Muğan Bank”ın məcmu kapitalı 10 milyon 182 min manatdır. Bu isə normadan 39 milyon 818 min manat və ya 80% azdır. Banklar haqqında qanunun 3.2 maddəsinə əsasən Bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır.
Məcmu kapitalın 50 milyon manatdan az olduğu təqdirdə bankın lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv olunur və Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən bankın ləğv olunmasına dair işlərə start verilir.
Xatırladaq ki, lisenziyası ləğv olunmuş Amrah Bank, AG Bank, NBC Bank, Dəmir Bank və s. bankların məcmu kapitalı 50 milyon manatdan az idi. Buna görə də bankın məcmu kapitalının normaya qaytarılması üçün bir neçə rüb güzəşt tətbiq ediləcək. Bu güzəşt dönəmində bankın məcmu kapitalı yenə normaya cavab verməsə, “Muğan Bank”ın lisenziyası ləğv olunacaq.
2020-ci ilin sonunda bankın cəmi aktivləri 590 milyon 906 min manat olub ki, bu da 2019-cu ilin eyni rübü ilə müqayisədə 69 milyon 930 min manat və ya 10,5% azdır. Bunun əsas səbəbi isə bankın müştərilərinə verdiyi xalis kreditlərin 29 milyon 532 min manat və ya 8,2% az olmasıdır.
Bankda yerləşdirilən depozitlərin 56 milyon 40 min manat və ya 16,7% azalması “Muğan Bank”ın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub.
Bankın cəmi kapitalı 156 min manat azalaraq 86 milyon 879 min manata enib.
Faiz gəliri 27 milyon 700 min manat, faiz xərcləri isə 19 milyon 781 min manat olan bankın xalis faiz gəliri 7 milyon 919 min manat olub. Qeyri-faiz gəliri 18 milyon 157 min manat, qeyri-faiz xərcləri isə 28 milyon 295 min manat olub ki, bu da bankın 2 milyon 219 min manat əməliyyat zərərinə səbəb olub.
Qeyd edək ki, mənfəət vergisini hələ də ödəməyən “Muğan Bank” 2020-ci ilin sonunda 707 min manat xalis mənfəət əldə edib. /Valyuta.az
Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.
Qeyd edək ki, “Muğan Bank” keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur.
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
02
mart
10:05

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
"Azərbaycan Sənaye Bankı" zərər hesabatını gizlədir? - FOTOFAKT
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
“UniBank”ın mənfəəti 64 faiz azalıb - RƏQƏMLƏR
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
500 min manatlıq mənimsəməyə görə tutulan bankir AZADLIĞA BURAXILDI
Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi
Azərbaycanda bir neçə bankla bağlı sərt addımlar atılacaq - təfərrüat
Elman Rüstəmov Prezidentin bu Fərmanını icra etmir - Çöküş başlayır
Elman Rüstəmov 450 milyonluq binaya görə dövlətin “cib”inə girir? - “Mərkəzi Bankın öz vəsaiti yoxdur”
Əmanətçilərə 535 mln. manata yaxın kompensasiya ödənilib
Vahid Ələkbərovun oğurlanan milyonları və batdıqca batan – “Yelo Bank”
“Günay Bank”a yeni sədr təyin edildi
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi
- Şokoladdan imtina orqanizmə necə təsir edir?
- Bred Pittin oğlu onu tənqid etdi - FOTO
- Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
- Qəhvənin gözlənilməz FAYDALARI
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Azərbaycanda orta və yaşlı əhali PEYVƏND OLUNACAQ
- Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq
- Dönərxanalardakı növbəti yoxlamaların nəticələri açıqlandı
- Xəyanətə meylli 3 BÜRC
- İlham Əliyev və Paşinyanın görüşü barədə razılıq yoxdur
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik