Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."
2-03-2021, 15:48
97

Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."

“Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quluyevdir”. 
Bu barədə deputat Etibar Əliyev bildirib. 
Onun sözlərinə görə, Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparıb. “Əlimdə kifayət qədər sübutlar var. Hüquq mühafizə orqanlarına müraciət hazırlayıram. Mətin Quliyev mənim adımdan "Facebook"da paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə söyüşləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Milli Məclisin, eyni zamanda, onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni "Facebook"da olmazın söyüşlərlə təhqir edən "Əbülfəz Babasoy" profili də Mətin Quliyev tərəfindən idarə olunur”, - deyə o əlavə edib.
Milli Dirçəliş Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev isə HİT.Az-a açıqlamasında Etibar Əliyevin ittihamlarının əsassız olduğunu deyib. “Əvvəla, bu adam deyir ki, Fərəc Quliyevin oğlu məni təhqir edir. Sonra da yazır ki, “Əbülfəz Babasoy” adlı profildən təhqir olunuram. Mənim Əbülfəz Babasoy adlı oğlum yoxdur. Bilmirəm, Etibar Əliyev bu açıqlamanı ayıq başla verib, yoxsa yox. 
İkincisi, hətta həmin təhqirlər Mətin Quliyev adı altında yayılsa belə, bunu araşdırmaq lazımdır. 
Parlamentdə təmsil olunursan, bir az ağayana olmaq lazımdır. O isə əsassız ittihamlar səsləndirir. Həmin ittihamlara görə, onun özü məhkəməyə verilə bilər”, - deyə keçmiş deputat bildirib. 
Fərəc Quliyev əlavə edib ki, bununla belə, məhkəməyə müraciət etmək niyyəti yoxdur. “Mən o səviyyəyə enmək istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, əgər sən mənim adımla gündəmə gəlmək istəyirsənsə, bunu açıq de, bilək. Mən də onun dairəsindən deputat olmuşam. Qərəzli çıxmasın, 4 ildə 105 təklif vermişəm, 115 çıxış eləmişəm, 94 məhəllə görüşü keçirmişəm. Amma onun bir fotosunu görmüşəm, o da yatmış formada. Adam bir az ciddi olar. Sən indi beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını qoruyan təkliflərlə çıxış etməlisən, ortaya mövqe qoymalısan. Amma bir saxta profildən təhqir olunmusan və başlamısan ki, bunu Fərəc Quliyevin oğlu edir. Bu qədər qeyri-ciddilik olmaz axı”, - deyə partiya sədri vurğulayıb.
Xatırladaq ki, Etibar Əliyevlə Fərəc Quliyev 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seşkilərində rəqib olublar.

Oxşar xəbərlər

Alınmaz qalanın mətin komandiri!
İşdən çıxarılan direktor Ramiz Mehdiyevi MƏHKƏMƏYƏ VERDİ
Mətin Eynullayev Məmmədovu işdən çıxardı
Paşinyanın parlament fraksiyası dağılır
Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir
Mətin Eynullayevə vəzifə verildi - Sərəncam
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
Şahbaz Quliyev 6 il sonra anası ilə görüşdü - VİDEO (YENİLƏNİB)
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir
Azərbaycanda deputatlar vaksinasiya olunacaq
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
Şahbaz Quliyevin anası dünyasını dəyişdi
İnam Kərimovun qardaşı vəzifəsindən azad edildi - vəzifədən ayrılması xəbəri gizli qalsa da...
Məcburi köçkünlərlə bağlı deputatdan mühüm AÇIQLAMA
Deputat BNA-nı TOPA TUTDU - "Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənir"
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?
Qazaxıstan parlamentinə azərbaycanlı deputat seçildi
“Cənab cırtdanlar...” – Rəsul Quliyev Azərbaycana qayıtmaq xəbərindən danışdı
Nəsib Quliyev  vəzifəsindən azad edildi
Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı keçən məhkəmə... - Film kimi cinayət işi
KTN bu gün başdan-başa korrupsiyalaşıb... - İnam Kərimov büdcə pullarını DAĞIDIR
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
"Rafael Cəbrayılov işi"ndə açar fiqur - Oqtay Əsədovu keçmiş deputata bağlayan biznes
'Dedi ki, klinikanı Ramiz Mehdiyev alır...' - Eldar Mahmudovun da adının keçdiyi ŞOK DƏLƏDUZLUQ...
ŞOK! Milyonluq biznes planında AÇAR FİQUR İFŞA EDİLDİ-“Şefim OQTAY ƏSƏDOVDUR”
“Tolik Şamxal Həsənovun səviyyəsində olan adamdır” - Deputatdan qazimizin təhqir edilməsinə reaksiya