“Azərlotereya” müəmması - Ortada kifayət qədər sual var...
3-03-2021, 15:31
80

“Azərlotereya” müəmması - Ortada kifayət qədər sual var...

Fevralın 27-də “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsinə dair müqavilə imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür: “Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektliyini artırmağa çalışır”.

Cabbarov qeyd edib ki, bu məsələdə Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də xarici investorların, texnologiyaların və texnoloji biliklərin ölkəmizə cəlb edilməsidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Press Klub”a açıqlamasında bildirdi ki, Türkiyə lotereya oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir:

“Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib hesab olunur. Bu, bir tərəfdən lotereya bazarına inamın artmasına imkan verəcək – bu isə yeni sərmayənin cəlb edilməsi baxımından vacibdir – digər tərəfdən isə fərqli məhsulların bazara çıxarılması, təqdim olunması, bazarda istehlakçıların sayının artırılması və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi baxımından önəmlidir. Burada digər məqam əldə edilən vəsaitlərin sahibkar, eləcə də istehlakçı arasında uduş fondunun bölüşdürülməsi və uduş fondunun formalaşdırılmaı ilə bağlıdır. Bu istiqamətdə də beynəlxalq təcrübədən istifadə olunması məqsədəuyğundur. Bu isə birmənalı şəkildə Azərbaycanın lotereya bazarının inkişafına təkan verəcək. Gözlənilir ki, yaxın zamanda bu bazarda canlanma müşahidə edəcəyik”.

İqtisadçı ekspert Natiq Cəfərli isə tam əksini düşünür. Onun fikrincə, “Azərlotereya” ASC-nin xarici şirkətin idarəetməsinə verilməsi sual doğurur:

“Ziyanla işləyən, büdcədən dotasiya alan dövlət şirkətlərinin özəlləşdirilməsi və idarəetməyə verilməsi illərdir bizim də gündəmə gətirdiyimiz bir məsələdir. Amma mənfəətlə işləyən bir şirkətin 10+5 illik xarici bir şirkətin idarəetməsinə verilməsi anlaşılan deyil. Çünki özəlləşmənin, idarəetmənin fəlsəfəsi ziyanla işləyən şirkətlərin dövlətin üzərində yük olmasından qurtulması ilə əlaqəlidir. Belə bir addımın atılmasında əsas məqsəd ondan ibarətdir ki, dövlət büdcəyə yük olan, dotasiya ilə işləyən şirkətlərdən canını qutarsın. Burda isə tam əksinədir. “Azərlotereya” həm gəlirlə işləydi, həm dövlətə vergi verirdi, həm də Azərbaycan vətəndaşları həmin şirkətdə çalışırdılar. İndi birdən-birə şirkətin türk şirkətinin idarəetməsinə verilməsi ciddi suallar doğurur”.

Eskpertin fikrincə, ola bilsin ki, burada biznes maraqlarından daha çox şəxsi yaxınlıq və dostluq münasibətləri rol oynasın:

“Bundan başqa səbəb görə bilmirəm. İstər dövlət, istərsə də özəl şirkət olsun, onların idarəetmə məntiqi eyni olmalıdır. Gəlirlə işləyən şirkət başqasına verilərmi? Heç kəs verməz. Ona görə də gəlirlə işləyən şirkətin başqa bir şirkətin idarəedilməsinə verilməsi hansısa ciddi maraqların olmasından xəbər verir”. //pressklub.az//

Oxşar xəbərlər

“Azərlotereya” Türkiyə şirkətinin idarəçiliyinə verildi - SƏRƏNCAM
“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi? - İLGİNC İDDİA
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir
Üç ölkə Türkiyəyə qarşı birləşdi
Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM
Rusiya və Türkiyə arasında mühüm müqavilə
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Zəngilan və Kəlbəcərdə qızıl çıxarılmasına dair müqavilə imzalandı
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
Nazir dövlət şirkətlərinin işini tənqid etdi
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı
"Ötən il rekord həddə aksiz daxilolmaları əldə edilib" - Mikayıl Cabbarov
Səhiyyə Nazirliyi sevimli şirkətinə bu dəfə 48 min manat ödəyəcək
Mikayıl Cabbarov: “Faşizmə “yox” deyək“
Türk şirkətinə bombalı hücum: ölənlər var
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
AMEA zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyir
BNA 2.8 milyonluq “zapçast” alır
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək
Azərbaycanda yeni qızıl yatağı kəşf edildi
Mikayıl Cabbarov tender maxinasiyalarına son qoya biləcək? - AKTUAL
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Mikayıl Cabbarovun qılıncının dalı da kəsir, qabağı da... - Onu bu ağır yükdən xilas etməyin yeganə yolu
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Yeni gətiriləcək avtobuslar bu istiqamətlərə salınacaq
İnam Kərimov HARA BAXIR? - "Fermerləri məqsədyönlü incidirlər"
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb