ŞOK GƏLİŞMƏ! “Süpürgə pulu” ilə oliqarxa çevrilən Misir Mərdanov HƏBS EDİLİR?
5-03-2021, 11:36
120

ŞOK GƏLİŞMƏ! “Süpürgə pulu” ilə oliqarxa çevrilən Misir Mərdanov HƏBS EDİLİR?

Sabiq nazir Səlim Müslümovun həbsindən sonra vaxtilə hakimiyyətdə təmsil olunan yüksək rütbəli məmurların fəaliyyəti yenidən təftiş olunmağa başlayıb. İndi təkcə mətbuat deyil, cəmiyyət, aktiv sosial şəbəkə iştirakçıları da bu mövzuda qızğın müzakirələr aparırlar. Mövqelər tez-tez haçalansa da, suallar adətən eyni olur: növbə kimindir? Səlim Məslümovdan sonra daha kimlər istintaqa cəlb olunacaq?
Cəmiyyətin bu mövzuya xüsusi maraq göstərməsi səbəbsiz deyil. Vaxtilə hakimiyyətdə yüksək post tutmuş sabiqlərin böyük əksəriyyətinin rüşvət və korrupsiyaya bulaşdığını, vəzifə səlahiyyətlərindən istifadə edərək, külli miqdarda dövlət əmlakını mənimsədiyini heç kim inkar edə bilməz. Bu adamlar topladıqları sərvətlə uzun illərdi cəmiyyətin gözünü qamaşdırırlar. Aydın məsələdir ki, təkcə mətbuatın deyil, həm də cəmiyyətin həmin sərvətin qaynağı ilə maraqlanmaq hüququ var.
Sözsüz ki, 75 yaşlı professor – uzun illər Azərbaycan hakimiyyətinin əsas simalarından biri olan sabiq Təhsil naziri Misir Mərdanov bu müzakirələrdən kənarda qala bilməz. Tərəddüdsüz deyə bilərik ki, qocaman professor öz fəaliyyəti ilə təmsil olunduğu komandanın imicini ən çox zədələyən adamlardan biridir. 1996-1998-ci illərdə BDU-nun rektoru, 1998-2013-cü illərdə Təhsil naziri vəzifələrində çalışan Mərdanov Azərbaycanda adı ən çox korrupsiyaya bulaşmış beş-altı eks-nazirdən biri sayılır. Çoxları hesab edir ki, Azərbaycanda təhsil Misir Mərdanovun nazir olduğu dövrdə dəfn olunub. Hətta onu “diriltmək” üçün göstərilən səylərin bu günə kimi nəticəsiz qaldığını iddia edənlər də var.
KAİM.az xəbər verir ki. Misir Mərdanovun nazir olduğu dövr daha çox şübhəli tender əməliyyatları ilə yadda qalıb. 1998-2013-cü illər həm də saxta diplomların “ayaq tutub yeriməsi” ilə xarakterik olan zaman kəsiyidir. Həmin illər təkcə ali məktəblərdə deyil, hətta orta məktəblərdə, bağçalarda rüşvətin kütləvi yayılması ilə tarixə düşüb. Təsadüfi deyil ki, “süpürgə pulu”, “pərdə pulu” deyiləndə xatırlanan ilk adam Misir Mərdanov olur.
Mütəxəssislər hesab edirlər ki, yaxın keçmişdə baş verən “dollar axını”ndan ən çox faydalananlardan biri də Misir Mərdanov olub. Buna görə də o, ölkənin ən varlı adamlarından biri sayılır. Mərdanovun sərvətinin miqyasına görə Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Cavid Qurbanov, Zakir Qaralov, Əli Həsənov kimi indiki və keçmiş məmur-oliqarxlarla bir sırada dayandığı bildirilir. Onun əlində milyonlarla ABŞ dollarının olduğu güman edilir.
Misir Mərdanov bu sərvəti harda gizləyib? Azərbaycan dövlətinin eyni vaxtda həm koronavirusla, həm də ermənilərlə mübarizə apardığı bir vaxtda onun səsizcə kölgəyə çəkilməsi necə mümkün olub? O, Qarabağda start götürən quruculuq-abadlıq işlərinə niyə öz töhfəsini vermir?
Hesab edirik ki, bir neçə saatlıq istintaq hərəkəti bu sualların üstündəki sirr pərdəsini qaldıra bilər…/ yenisabah.az

Oxşar xəbərlər

Misir Mərdanov milyonları harda gizləyib?
Növbə sabiq məmurlara çatdı - Səlim Müslümovun həbsi son deyil
Keçmiş nazirin “sağ əli” də həbs olundu
Əjdər Ol da həbs oluna bilər - Keçmiş nazirin ətrafı istintaq altında
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Oliqarxların mülklərini satışa çıxarmasının sirri açıldı: Ölkədən qaçmaq istəyilər
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
“Əhalinin maaşlarını mənimsəyən məmur, komitə sədri, nazirlər...”
Məhkəmə Səlim Müslümovla bağlı qərar verdi
Məmurların “qara günləri” başlayır
Məhkəmə Səlim Müslümovun apelyasiya şikayətinə baxdı - QƏRAR
Ziya Məmmədov da təftiş olunur: İstintaqa çağrıldı... - HƏBS OLUNACAQMI?
Səlim Müslümov birinci dəfə niyə həbs olunmuşdu? – Cinayət dosyesi
Yanvar Müslümov oğlunun həbs olunması xəbərini təkzib etdi: Vallah yalan söhbətdir
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
Səlim Müslümovla Əjdər Olun şok talançılığı – Sensasiya
Son dəqiqə: Səlim Müslümov barədə qərar verildi
Səlim Müslümovdan sonra: Növbə kimindir? - Siyahı
Həbs olunduğu deyilən Səlim Müslümovun bahalı silah mağazası - FOTO
Səlim Müslümovun həbs xəbəri yayıldı
Rasim Məmmədova qarşı bu ittihamlar irəli sürüldü
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
“Kölgə iqtisadiyyatı”nın baş memarı da həbs olunacaq? - İzlər Fazil Məmmədova aparır...
XİN-in sabiq vəzifəli şəxslərinin ev dustaqlığının müddəti uzadıldı
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Səlim Müslümov haqda ilginc iddialar - Sən demə...
Səlim Müslümovun qohumu olan Baş həkim işdən çıxarıldı (Foto)
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Elmar Məmmədyarovun kadrları niyə “evdə oturub” istintaqın sonunu gözləyir? - İLGİNC