Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender
9-03-2021, 18:08
136

Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender

Bakı Şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər ƏsaslıTikinti və Təmir” MMC  maliyyə dəyəri 520 min 88 AZN təşkil edən iki müqavilə imzalayıb. 
Valyuta.az xəbər verir ki, “TFM-Smart Project” MMC ilə bağlanan müqavilələrdə Bakı şəhəri ərazisində paytaxt üzrə dövlət mənzil fonduna aid binaların təmiri və səki, həyət, park və bağların yenidən qurulması, təmiri və yaşıllaşdırılması işlərinin layihə-smeta sənədlərini hazırlanması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “TFM-Smart Project”  MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur. 
Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir. 
2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib. 
Bu arada qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ötən ilin iyulunda da  “TFM-Smart Project” MMC ilə müqavilə imzalayıb.
Maliyyə dəyəri 87 min AZN olan müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-semeta sənədlərinin hazırlanması nəzərdə tutulub.

Oxşar xəbərlər

"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT
Nazirlik 48 min manata bayraq aldı
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
BNA 2.8 milyonluq “zapçast” alır
Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Nazirlik 154 minə iki maşın alacaq - Tender
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Keşmiş nazir yarım milyonluq tender “uddu”
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaratdı
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!