Əhmədzadə son 3 gündə 2 dəfə qanunu kobud şəkildə pozdu
15-03-2021, 17:38
95

Əhmədzadə son 3 gündə 2 dəfə qanunu kobud şəkildə pozdu

Tovuz rayon Suvarma Sistemləri İdarəsi bu gün 6 satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, ümumi məbləği 728 min 50 manat 62 qəpik olan tenderlərin ikisini "Niks” MMC, ikisinii Qazax Melioservis İdarəsi, birini "Aztikintiservis” MMC və birini "Art-Proje” MMC qazanıb. 

Məbləği 117688.6 AZN LOT_1_Nəqliyyat vasitələri, maşın-mexanizimlər üçün ehtiyat hissələrinin satın alınması və məbləği 192588.3 AZN olan LOT_2_Tikinti materiallarının satın alınması müsabiqəsini "Niks” MMC,  məbləği 81000 AZN olan Lot_6_P-369 markalı lilsoran qurğunun əsaslı təmiri işinin satın alınması və 51969.98 AZN Lot_4_Buldozerlə arxların lildən təmizlənməsi işinin satın alınması müsabiqəsinin qalibi Qazax Melioservis İdarəsi, məbləği 223350.4 AZN olan Lot_3_Ekskovatorla arxların lildən təmizlənməsi müsabiqəsinin qalibi "Aztikintiservis” MMC və məbləği 61453.34 AZN olan LOT_7_Nasos aqreqatlarının ehtiyyat hissələri və elektrik avadanlıqlarının satın alınması müsabiqəsinin qalibi "Art-Proje” MMC olub.
Görüləcək işin, eləcə də alınacaq malların həcmi ilə bağlı detallı məlumat verilməyib.

24.07.2019 tarixində yaradılan və 5 manatlıq ilkin kapitala malik "Niks” MMC-nin hazırda 80 manat 76 qəpik vergi borcu var. Şirkət indiyə kimi Polis Akademiyasının ümumi məbləği təxminən 50 min manat olan 2 tenderin qalibi olub. İnternet resurslarında şirkət və MMC-nin qanuni təmsilçisi Rüstəm Babayevlə bağlı məhdud informasiya var. 

13.03.2019 tarixində yaradılan və 100 manatlıq nizamnamə kapitalına malik "Aztikintiservis” MMC "Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyətinin ötən il keçirdiyi daha bir tenderin qalibi olub. Belə ki, 20.05.2020-ci il tarixində keçirilən və məbləği 646 min manat olan Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin satınalmasını Paşa Papaqçıyevin şirkəti qazanıb. 

Qazax Melioservis İdarəsi "Meliorasiya və Su Təsərrüfatı”Açıq Səhmdar Cəmiyyətinin struktur vahidlərindən biridir. Açıq informasiya mənbələrində idarənin indiyə kimi tenderlərdə iştirak etməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. 

1 milyon 370 min 10 manatlıq nizamnamə kapitalına malik "Art-Proje” MMC 18.05.2001 tarixində yaradılıb. Şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, m. 23, qanuni təmsilçisi isə Əkram Əliyev Musa oğludur. Şirkətin hazırda 436 min 647 manat 55 qəpik vergi borcu var.
Xatırladaq ki, martın 12-də Şəki Subartezian Quyularının İstismarı İdarəsinin keçirdiyi cari təmiri üçün nasos aqreqatlarının və elektrik avadanlıqlarının ehtiyat hissələrinin satınalınması müsabiqəsinin qalibi də "Art-Proje” MMC olmuşdu. Həmin tenderin məbləği 208 min 674 manat təşkil edirdi. Qaynarinfo-nun araşdırmaları zamanı məlum olub ki, şirkətin martın 12-nə olan vergi borcu 655 min 774 manat 8 qəpik təşkil edib. Göründüyü kimi, şirkət son 3 gündə vergi borcunu 219 min 126 manat 53 qəpik azalda bilib. 

Bu isə o deməkdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarəsi satınalmalar haqqında mövcud qanunvericiliyi son 3 gündə 2 dəfə kobud şəkildə pozub. Qanuna görə, məcburi öhdəlikləri yerinə yetirməyən şirkətlər tenderlərdə iştirak edə bilməz. 

Araşdırmalar zamanı məlum oldu ki, "Art-Proje” MMC Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumdan ən çox tender udan şirkətlərdən biridir. Məsələn, 2010-2017-ci illər arasında keçirilən 51 satınalmanı "Art-Proje" qazanıb. Bunların ümumi məbləği 18 milyon 232 min 507 manat 96 qəpik olub. Maraqlıdır ki, 51 satınalmanın 36-sını Əhməd Əhmədzadənin tabeliyində olan qurumlar keçirib.

27.06.2019 tarixindən indiyə kimi şirkətlə 16 satınalma müqaviləsi bağlanılıb ki, onlardan 10-nu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlar keçirib.

Mediada yayılan məlumatlara görə, Əkrəm Əliyevin "Hidro-M” MMC adlı daha bir şirkəti var. Həmin şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-dur. Hazırda reyestr sənədlərində sözugedən şirkətin qanuni təmsilçisi Valeh Xələfov İsa oğludur. Şirkətin qeydiyyat sənədlərinə son dəfə 26.02.2019  tarixində dəyişiklik edilib. 

2003-cü ildə yaradılan "Hidro-M” MMC də son 10 ildə dövlət satınalmalarını ən çox qazanan şirkətlərdən biri olub ki, əksər satınalmaları da Meliorasiya və Su Təsərrüfatı ASC keçirib...

Oxşar xəbərlər

Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...
Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…
Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə
Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Saatlıda büdcə pulları kimlərə həvalə olunur? - SİYAHI
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Dövlət İmtahan Mərkəzi “tender canavarı”nı ad günündə sevindirdi
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
QİÇS Mərkəzindən daha bir kobud tender maxinasiyası: 1 ayın şirkəti...
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi - 1.9 milyon manat…
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Dövlətə borcu olan daha bir MMC tender “udub” - Əlaqədar qurumlar hara baxır?...
Ağdaşda büdcə pulları belə dağıdılır... - SİYAHI
Qazaxda tender pozuntusu: Ata və oğulun şirkətləri
Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR
Səhiyyə Nazirliyi 54 milyon manatlıq müqavilələr bağladı
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
"BakuBus" yarım milyon manatlıq geyim ALIR