Elmar Vəliyevin yeni taktikası: - “Anlaqsız vəziyyətdədir, heç kimi tanımır”
7-04-2021, 12:10
59

Elmar Vəliyevin yeni taktikası: - “Anlaqsız vəziyyətdədir, heç kimi tanımır”

Sabiq nazir Səlim Müslümovun həbsi vəzifədə işləyərkən dövlət əmlakını talan etmiş, rüşvət və korrupsiyaya bulaşmış keçmiş məmurların başı üzərində “qara buludların” dolaşdığını ortaya çıxardı. Səlim Müslümovdan sonra Milli Qəhrəman, sabiq briqada komandiri Rövşən Əkbərovun dəmir barmaqlıqların arxasına göndərilməsi bu kateqoriyaya daxil olan insanlar üçün təhlükənin artdığını göstərdi. Hacıbala Abutalıbovun “sağ əli” kimi tanınan BŞİH-in keçmiş Aparat rəhbəri Rasim Quliyevin ardınca vaxtilə MTN-də yüksək post tutmuş generallar Mövlam Şıxəliyevin və Nizami Şirinovun həbsi bu prosesin dönməz xarakter aldığını göstərdi.

Yenisabah.az xəbər verir ki, müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş şəxslərin məsuliyyətə cəlb olunması bundan sonra da davam edəcək. Mənbələrimizin iddialarına görə, Azərbaycan cəmiyyəti qarşıda daha səs-küylü həbslərə şahidlik edəcək.

Aldığımız məlumatlara görə, taleyilə bağlı ciddi narahatlıq keçirən şəxslərdən biri də Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdir. Elmar Vəliyevin karyerasının başa çatmasıyla nəticələnən məlum güllələnmə olayına dair məhkəmə prosesi yekunlaşsa da, onun öz personası ətrafında başlanmış müzakirələr hələ də davam edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda sərvət toplamış sabiqlərlə haqq-hesab çəkildiyi bir vaxtda Vəliyev yaxasını kənara çəkə biləcəkmi?

Yaxın ətrafının dediyinə görə, Elmar Vəliyev təhlükənin günbəgün artdığını hiss etdiyi üçün ağlasığmaz üsula əl atıb. Qohumlarının sözlərinə görə, o, sağlıq durumu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldur. Məhz onun öz istəyinə uyğun olaraq, yaxın ətrafındakı insanlar hər yerdə Elmar Vəliyevin anlaqsız vəziyyətdə olduğunu, heç kimi tanlmadığını danışır. Keçmiş icra başçısı bu yolla hüquq-mühafizə orqanlarının diqqətini öz üzərindən yayındıra biləcəyinə ümid edir.

Mənbə sonda onu da deyib ki, əslində Elmar Vəliyevin səhhəti qənaətbəxşdir. O, gözdən-könüldən uzaq bir yerdə, Göygöl rayonunun Dəyirmanlar kəndindəki villasında istirahət edir. Onun bu ünvanı təkcə dincəlmək deyil, həm də kənar şəxslərlə ünsiyyətdən yayınmaq üçün seçdiyi bildirilir.

Oxşar xəbərlər

Keçmiş nazirin “sağ əli” də həbs olundu
Hacıbala Abutalıbovun narahatlığının “quyruğu göründü”...
Əjdər Ol da həbs oluna bilər - Keçmiş nazirin ətrafı istintaq altında
“Əhalinin maaşlarını mənimsəyən məmur, komitə sədri, nazirlər...”
Hacıbala Abutalıbov həbs oluna bilər - İDDİA
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Biri Dubayda kef çəkir, o biri türmədə təsbeh çəkir...
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Səlim Müslümovun həbs xəbəri yayıldı
Hacıbala Abutalıbov həbs oluna bilər
Oliqarxların mülklərini satışa çıxarmasının sirri açıldı: Ölkədən qaçmaq istəyilər
Həbs edilən Rasim Quliyevlə bağlı maraqlı məlumatlar...
Zülfəli İsmayılovun şəriki Rasim Quliyev həbs olundu-Növbə Zülfəli İsmayılovdadır....
Növbə sabiq məmurlara çatdı - Səlim Müslümovun həbsi son deyil
Misir Mərdanov milyonları harda gizləyib?
ŞOK GƏLİŞMƏ! “Süpürgə pulu” ilə oliqarxa çevrilən Misir Mərdanov HƏBS EDİLİR?
Səlim Müslümovdan sonra: Növbə kimindir? - Siyahı
Məmurların “qara günləri” başlayır
Alimpaşa Məmmədovdan keçmiş şefinə SƏDAQƏT... - İLGİNC İDDİA
Səlim Müslümovun “kuruq”u: Onu həbsxana yoldaşı audit edirmiş…
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Hacıbala Abutalıbovun "sağ əli" HƏBS EDİLDİ
Hacıbala Abutalıbov işdən çıxarılandan sonra Fəxri Xiyabana getmir
Yanvar Müslümov oğlunun həbs olunması xəbərini təkzib etdi: Vallah yalan söhbətdir
Həbs edilən generalın qardaşı Avropada hansı vəzifədədir?
Son dəqiqə: Səlim Müslümov barədə qərar verildi
Hacıbala Abutalıbov istintaqa cəlb oluna bilər - BŞİH-in sabiq Aparat rəhbərinin həbsinin təfərrüatları
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Hacıbala Abutalıbova ağır itki üz verdi