Ramiz Mehidyevin "kantor"unda rəsmən dərəbəylikdir... - Bu qədər də olarmış...
14-04-2021, 17:17
80

Ramiz Mehidyevin "kantor"unda rəsmən dərəbəylikdir... - Bu qədər də olarmış...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Service and Supply Ltd” MMC olub.
“Service and Supply Ltd.” MMC AMEA-ya 2021-ci ildə illik müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə malları satacaq. Satılacaq məhsullar üçün AMEA-dan 129 min 964 manat alacaq.
Məlumat üçün bildirək ki, “Service and Supply Ltd.” MMC 07.12.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 manat olan MMC Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yaxılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlma verən AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli bildirdi ki, o “Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisidir: “Şirkəti mən yaradıb başqasına həvalə etmişəm, onun işlərini idarə edən də direktordur”.
Onu da bildirək ki, tender müsabiqəsini keçirən AMEA İşlər İdarəsinin müdiri sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdur. İşlər İdarəsinin müdir müavini isə AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əli Səftər oğlu Əliyevdir.



Oxşar xəbərlər

"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi - 1.9 milyon manat…
Cəmi 8 gün əvvəl yaranan şirkət nazirliyin tenderini qazandı
Sirli ünvandan boylanan daha bir ŞÜBHƏLİ TENDER... - İLGİNC FAKT
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Məşhur avtomobil şirkəti AMEA-nı məhkəməyə verdi – Borca görə…
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
AMEA-nın mühafizəsi gücləndirilir: 147 minlik müqavilə bağlandı
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
“Sirli ünvan”dakı şirklətlərdən biri bu dəfə BNA ilə əməkdaşlıq edəcək – MÜƏMMALI TENDER
Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
Yeni yaradılan şirkət ləğv olunur
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
AMEA zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyir
Ramiz Mehdiyevdən daha bir təyinat
Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir... - İLGİNC
AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
“Aztelekom” adı cinayət işində hallanan şirkətdən 4,2 milyon manata dirəklər alacaq - TƏFƏRRÜAT
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi
BNA-nın “çoxprofilli” şirkəti – Daha bir şübhəli tenderin izi ilə
Qəbələnin icra başçısı milyonları kimə həvalə edir? - İLGİNC FAKT
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - İLGİNC
AMEA-da “Mehdiyevsayağı islahat“: 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi