Əhmədzadənin “Sevinc”i yarımçıq qaldı - “Meliorasiya”nın tenderi ləğv olundu
19-04-2021, 14:16
51

Əhmədzadənin “Sevinc”i yarımçıq qaldı - “Meliorasiya”nın tenderi ləğv olundu

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin keçirdiyi və məbləği 241 min 880 manat olan tenderin nəticələri ləğv edilib.
Gündəlik Bakı xəbər verir ki, maşın mexanizmlərin və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması üzrə keçirilən açıq tenderin qalibi qalmaqallı şirkət "Sevinc-96" MMC olmuşdu.
Tenderin nəticələrinin ləğv olunması ilə bağlı yayılan rəsmi məlumatda deyilir ki, malgöndərən şirkət "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 33.1, 36.3 və 36.5.3 maddələrinin tələbləri nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin məktubu əsasında formal tələblərə cavab verməməsi ilə əlaqədar kənarlaşdırılmış və həmin tenderin nəticəsi qalibin müəyyən edilə bilməməsi səbəbindən ləğv edilib. 
31.07.1996 tarixində dövlət qeydiyyatına alınan "Sevinc” MMC-nin hüquqi ünvanı Şirvan şəhəri,  H.Z.Tağıyev, ev 45, m. 1, qanuni təmsilçisi isə Yusuf Camal oğlu Haxiyevdir. 20 manat nizamnamə kapitalına malik şirkət 01.06.2020 tarixindən indiyə kimi 20 satınalma müsabiqəsinin qalibi olub. Bu Satınlamların 17-sini Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qurumları keçirib. 
MMC ötən ilin iyun ayının 1-də Salyan rayon İcra Hakimiyyətindən də abadlaşdırma işləri adı ilə 1 milyon 21 min 928 manat dəyərində tender qazanıb. 
Salyan rayon Maliyyə İdarəsi 2020-ci ilin dekabr ayının 9-da "Sevinc-96" MMC ilə 7900 manat dəyərində (tikili və avadanlıqların cari təmiri) satınalma müqaviləsi bağlayıb. 
Mediada yayılan məlumatlara görə, "Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. Ötən ilin ortalarına qədər Qurban Abbasovun başqa şirkəti tenderləri qazanırdı. Belə ki, Qurban Abbasovun təsisçisi olduğu "İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bölgədə, o cümlədən də meliorasiya sahəsində əksər tenderlərin qalibi olurdu. Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi başda olmaqla "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və başqa dövlət qurumları milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC adlı şirkətə verib. /Hit.az/

Oxşar xəbərlər

Dövlət Xidməti Əhmədzadənin keçirdiyi 210 min manatlıq şübhəli tenderi ləğv etdi
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Keçmiş nazirə ağır zərbə: Qazandığı tenderlərin nəticələri ləğv olundu
Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
Əhmədzadə son 3 gündə 2 dəfə qanunu kobud şəkildə pozdu
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Dövlət qurumu milyonluq vergi borcu olan şirkəti qalib etdi
14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? - FOTOFAKT
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olunur
4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
QİÇS Mərkəzindən daha bir kobud tender maxinasiyası: 1 ayın şirkəti...
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi - 1.9 milyon manat…
Dövlət qurumu ilə əməkdaşlıq edən şirkət ləğv edildi
Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət ləğv olunur
Bir gündə 1.5 milyon manat: Pulla “suvarılan” şoran torpaqlar...
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
Bu qanun ləğv edildi