Tovuzun  “yezid”i  Darvin Hüseynov əhalini su ilə imtahana çəkir-  ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10-05-2021, 17:32
218

Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...

 Darvin  bütün problemləri suyun “davleniya”sında görür

“Azərsu” ASC-nin əhali üçün yaratdığı problemlər bitib-tükənmək  bilmir. Bu quruma kimlər gəldi, kimlər getdi, amma əhalinin su problemi həll olunmaq bilmir. Nəinki ucqar rayonlarda, hətta paytaxt Bakının özündə əhali normal içməli su ilə təmin olunmur, kanalizasiyalar su ilə dolub partlayır. 
Təsəvvür edirsiniz, XXI əsrdə  hələ də Bakı şəhərində  tutulmuş kanalizasiya xətlərinin  məftillə qurdalayıb-eşələyib açırlar. Bunu əcnəbilər görsə, nə düşünər. Bəs dövlətin bu quruma ayırdığı milyonlar, milyardlar hara gedir ? 
“ Azərsu”  ASC-nin  “qədim, təcrübəli  kadr”larından biri də 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi Darvin Hüseynovdur. 
Bəli, Darvinin həyatı “Azərsu”da keçib. Uzun illər Sumqayıt Sukanal  İdarəsinin rəisi olub. Ona görə deyirik ki, “qədim-təcrübəli kadr”. 
Ancaq Darvin müəllimin çoxillik təcrübəsi müsbət deyil, əksinə mənfidir. Bu adam Sumqayıtda  sudan və kanalizasiyadan milyonlar qazanıb. Sonda vəzifədən qovulmaq ərəfəsində hansısa sehrli əl onu Tovuza göndərib. 
Darvin Hüseynov  Tovuza gələn kimi  bacısının həyat yoldaşı Mehman Həsənovu Regional Sukanal İdarəsində texniki şöbəyə rəis təyin edir. Mehman Həsənovun kürəkəni Rəsul adlı şəxsi sürücü ştatına işə götürür və bu şəxsin əmisi oğlu Elşən Bayramquliyevi,  bacısı oğlu Cavid Əmiraslanovu və bacısı nəvəsi Lalə İsmayılovanı da digər vəzifələrə  təyin edir. Darvin Hüseynov özünə müəyyən yollarla bağlı olan İdris Qasımovu da, Sukanal İdarəsində əməyin təşkili şöbəsində mühəndis vəzifəsinə təyin edir. 
Hətta deyilənə görə, Arif İsayev adlı şəxsdən 1000 manat, Ülviyyə İsayeva adlı xanımdan isə 2 min manat alır və hər iki şəxsi işlə təmin edir. Darvin Hüseynov Oruc Orucov və Həmid Orucov adlı şəxslərin hər birindən 2 min manat “haqq-hesab” aldıqdan sonra, hər iki şəxsi idarədə ştat cədvəli üzrə işə götürür. Hər kəs bu iki şəxsin atabala olduqlarını da qeyd edirlər. Başqa bir iddiada o da vurğulanır ki, Darvin müəllim  Emin Valehli adlı şəxsdən 3 min “cibxərcliyi” alır və onu idarənin informatika şöbəsində işə düzəldir. Buna baxmayaraq, nədənsə kollektiv üzvlərinə bəlli olmayan səbəblərdən belə bir təyinat uzun müddət müzakirə mövzusuna çevrilir. Yəni bu təyinat camaat arasında nəsə başqa cürə dolaşır. 
Darvin Hüseynov  rayonda çəkilən su-kanalizasiya turbalarını bilərəkdən başdansovdu edir ki,  partlasın  və həmin xətlərin təmirinə yenidən pullar ayrılsın. 
Darvin Hüseynov yeni tikilən  fərdi  evlərə su və kanalizasiya üçün verilən texniki şərtin qiymətini dəfələrlə qaldırıb və heç kimə qəbz-filan verilmir. Bütün pullar Darvinin cibinə gedir.  
Tovuzdan vətəndaş yazır ki, həyat yoldaşım və özüm şəkər xəstəsiyik, evimizdə 2 körpə uşaq var: “Darvin bizim ailəni su ilə imtahana çəkir. Soruşanda deyir ki, mən neyləyim suyun təzyiqi aşağıdır, sizin məhləyə qalxmır”. 
Eyy, Darvin Hüseynov!

 Su çox həssas məsələdir, dünyada su qiyamları olub, unutma, və əhalini  dövlətdən narazı salma. 
Vallahi, Darvin, sənin  “Davleniya”  elə qaldırarlar ki, divara dırmaşarsan. Aç, qulağını, eşit! Dövlət qurumları sənin əməllərini görürür və bir gün səni “ağzıbağlı”dakı dostlarının yanına aparacaqlar. Bizdən demək...


Və sonda onu əlavə edirik ki, Tovuz rayonunun Düz  Cırdaxan kəndindəki Rəfail İsmayılov adına tam orta məktəbin su məsələsini  Darvin Hüseynov neçə vaxtdır həll etmir. 
Hətta qazilər  Tovuz rayonundan olan şəhidin adına su çəkmək istəyirlər. Amma suyun çəkilməsində Darvin Hüseynov ondan asılı olanı etmir. Bu adam anlamır ki, şəhid olanlarımız öz ailəri üçün deyil, cəmiyyətimiz və millətimiz üçün şəhid olublar.

Oxşar xəbərlər

Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
Tovuz rayon su kanal idarəsinin rəisi Darvin Hüseynovun “mütərəqqi” korrupsiya üsulu
8 saylı Tovuz Regional Sukanal İdarəsində nələr baş verir - Darvin Hüseynov yeni yerdə "köhnə əməllər"-indən əl çəkmir....
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Nazirlik “Azərsu”nu məhkəməyə verdi
Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
“Azərsu”-nun korrupsioner Mingəçevir rəisi bu dəfə Prezidentə qarşı: SAHİBKARLAR ŞƏHƏRİ TƏRK EDİRLƏR
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
Bakıda yol çökdü
Şirin su xətti çirkab su altında: Bakıxanovlular təhlükə qarşısında (ŞİKAYƏT)
“Azərsu” ASC qəzanı aradan qaldırmaq üçün içməli suyu yollara axıtdı - VİDEO
Bu rayonlarda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
“Azərsu”nun vəzifəli şəxsi cərimə olundu
Mədəniyyət nazirindən yeni TƏYİNATLAR
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
İçməli suyun verilməsində məhdudiyyət olacaq
Xırdalanda yeni çəkilən yol niyə qazılıb? - VİDEO
Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan öldü
Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
Rəşad Mahmudov"Azərsu" ASC-ni tənqid etdi
Sudan milyonlar qazanan Rafiq Aslanov, Cahan Məmmədovlar-   Su aydınlıq deyil,  sizlikdir, cənablar
Şuşaya ikinci mənbədən içməli su verildi
Baş prokurordan yeni TƏYİNATLAR
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
Şuşaya içməli suyun verilməsinə başlanıldı
"Azərsu" rəhbərinin hamam biznesi - Qorxmaz Hüseynova məxsus obyektlərin fotoları yayıldı
“Azərişıq”da kadr dəyişikliyi baş verib
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Azərsu vitse-prezidenti aldatdı
“Su xətlərini donvurmadan qorumaq üçün...” - “Azərsu”dan xəbərdarlıq