Kontakt Home  şəhidin yataq çarpayısını müsadirə etdi...-  Bunu nə xalq, nə Allah, nə də Prezident bağışlamayacaq
24-05-2021, 23:12
149

Kontakt Home şəhidin yataq çarpayısını müsadirə etdi...- Bunu nə xalq, nə Allah, nə də Prezident bağışlamayacaq

Deputat Elnur Allahverdiyev deyir ki, bizə BİRLİK lazımdır.

Şəhidin  kreditə alınmış  yatağını-çarpayısını evdən aparan SƏNİNLƏ  biz necə birlikdə ola bilərik..? 

Bu gün Milli Məclisin üzvü, 2001-ci ildən 2020-ci ilə qədər “ABC-Telecom” MMC-nin Baş direktoru, 2014-cü ildən  2019-cu ilədək  Sloveniyanın  Azərbaycanda Fəxri konsulu olmuş, 2018-ci ildən Azərcell-in Müşahidə Şurasının sədri və  “Kontakt Home”  mağazalar şəbəkəsinin sahibi olan…
Adamın vəzifələrinin, səlahiyyətlərinin “uzunluğuna”  fikir verirsiniz….
Bəli, söhbət  1995-1999-cu illərdə ABU-da  təhsil alan Elnur Allahverdiyevdən gedir. 
Bəs adam necə  fəxri konsul oldu, necə millət vəkili seçildi, necə ən böyük şirkətlərə  sahib oldu..? 
Bu suallar ətrafında baş sındırmağa  dəyərmi ? 
Elnar  Allahverdiyev  çox uzaq deyil, cəmi bir ay əvvəl, yəni şəhidlərimizin  qanı qurumadan verdiyi müsahibədə deyir ki, BİZƏ  BİRLİK LAZIMDIR, GÜC BİRLİKDƏDİR…
Cənab Allahverdiyev ! 

 Kimlərdənsə eşitdiyin sözləri təkrar edirsən. Birlik başqa və fərqli anlayışdır. Oğrular, quldurlar, cinayətkarlar da BİRLƏŞİB GÜC olur, deputat olur, şirkət sahibi olurlar. Bizə oğruların, cinayətkarların birliyi lazım deyil.
Biz səninlə necə bir ola bilərik ki, sənin şirkətin şəhidin kreditə alınmış yatağını-çarpayısını evdən aparıb.
Adam, başa düşürsənmi, bu nə boyda rüsvayçılıqdır..? 
Sən gələcəkdə çox günahlarını bəlkə də yuya biləcəksən, amma bu sənin alnında QARA LƏKƏ kimi qalacaq.  
Şəhidin anası yalvarır ki, bu yataqda oğlum cəmi bircə ay yatıb sonra döyüşə getdi  və şəhid oldu. Şəhidin anası deyir ki, bu yataqdan oğlumun iyini alıram, təsəlli tapıram. 
Bütün bunlara baxmayaraq sənin şirkətinin nümayəndələri şəhidin yatağını zorla evdən aparırlar. 
Adam, şirkətin cürbəcür bəhanələr gətirir, öz əməllərini əsaslandırmağa  çalşırlar. Lap tutaq ki, şəhid ailəsini, yaxud qaynanasının sənin şirkətinə BORCU olub. 
Adam, bu insan vətən uğrunda şəhid olub, hamımız, sən də ailən də, dədən, baban da o şəhidə borcludur. 
Dədən dedik, yada atan Marat Allahverdiyev düşdü. Bəxtiyar Vahabzədənin oğlu İsfəndiyar  Vahabzadə  sizi ermənilərlə qohumluqda ifşa etmədimi ? 
Niyə cavabını verə bilmədin ? 
Atan  Marat Allahverdiyev  Ayaz Mütəllibovun vaxtında  ən yüksək vəzifələrdə işləyəndə  Ulu Öndər  Heydər Əliyevin əleyhinə təbliğat aparmırdı ? Atan  Heydər  Əliyevin qatı əleyhdarı idi. 
Düşərgənizi necə dəyişdiniz ? 
Bu adam haqqında yazılanlarla bağlı bircə söz bilir - mənə qarşı qərəzlidirlər. 
Yuxarıda yazdıqlarımızın  hansı qərəzdir, hansı böhtandır ? 
Sən Azərbaycan dövlətini aldatmısan, Sloveniyanın Azərbaycanda konsulu ola-ola deputatlığa  namizəd olmusan. Bu yalandır ? 
Sənin başqa bir dövlətin- Sloveniyanın qarşısında öhdəliyin olub. 
Sənə məxsus Kontak Home şirkətinin  istehlak kreditləri adı altında vətəndaşları aldatmasını, sənin cəmiyyətdə  “sələmçi” adını qazanmağını və digər əməllərini nəyinsə ayağına bəlkə də yazmaq olar. 
Amma gözü yaşlı şəhid anasının yalvarışlarına baxmayaraq oğlunun yatağını aparmağı, sən nə xalq, nə Allah, nə də Prezident bağışlamayacaq.

Oxşar xəbərlər

ŞOK İDDİA! “Kontakt Home”un sahibi Elnur Allahverdiyev saxta səslərlə DEPUTAT SEÇİLİB
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
Deputat Elnur Allahverdiyev konsul işləyə-işləyə seçkiyə qatılıb? - İLGİNC FAKTLAR
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Elnur Allahverdiyevin mandatı ləğv olunacaqmı? - FAKT ortadadır, amma...
KONTAKT HOME-DƏ QANUNSUZLUQLAR- Deputat Elnur Allahverdiyev qərəzdən, qarayaxmadan danışır, hansı qərəzdən söhbət gedə bilər, cənab deputat ?
''Kontakt Home”un rəhbərliyi Prezidenti saymır ?- Şirkətin sahibi olan millət vəkili  Elnur Allahverdiyev deyəsən qaşınır...
"Xahiş edirəm mənə köməklik edəsiniz" - GİLEY
Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: - İTTİHAM
“Kontakt Home”də MTN izi
Deputatın şirkəti NARAZILIQ YARADIR... - GİLEY
Deputat Elnur Allahverdiyevin siyasətdə QARANLIQ KEÇMİŞİ və ŞÜBHƏLİ “KONTAKTLARI”...
Ramiz Mehdiyevin Elnur Allahverdiyevi... - İLGİNC FAKTLAR
"Kontakt Home"dan kompüter alanda diqqətli olun...... ŞİKAYƏT
Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…
“Özümüzü koronavirusdan qoruyaraq əsgərlərə dəstək olaq” - Elnur Allahverdiyev
“Kontakt Home”, şəhid ruhu və sosial məsuliyyət...” - Şirkətin məhsulları boykot edilməlidir
DMX-nin sözçüsü "Kontakt Home"-dan şikayətçidir
“Kontakt Home” müştərilərə güzəşt etmir:Vəba günlərində kindarlıq
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur Facebook qrupunu alıb - İDDİA
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
"Kontakt Home"dan "Müştəriyəm, şikayətim var" qrupunu alması iddiasına cavab: - "Gülərək qarşıladıq..."
“Kontakt Home”, özünüz axmaqsız, elə bilirsiz…" - Müştəridən ETİRAZ
Deputatın şirkəti NARAZILIQ YARADIR... - ETİRAZ
“Kontakt Home” müştəriləri necə aldadır?
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
“Kontakt Home”nin rəhbərliyi  Prezidentin tövsiyyəsini qulaqardına vurur...-  Deputat  Elnur Allahverdiyevin şirkətində “qara mühasibatlıq”
“Kontak Home” şirkətinin saxta  reklamları-İstehlakçı aldığı  keyfiyyətsiz malı niyə geri qaytara bilmir?