“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev  Ekspress  bankını niyə satır ?-  Azərbaycan xalqına dəymiş  500 MİLYON manatı kim ödəyəcək ?
11-06-2021, 18:39
767

“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev Ekspress bankını niyə satır ?- Azərbaycan xalqına dəymiş 500 MİLYON manatı kim ödəyəcək ?

İki  quda  oliqarxın  Londondakı şərikli biznesi     

2018-ci ildə bir anın içərisində  bütün  Azərbaycan qaranlığa, zülmətə qərq oldu. Bu istənilən ölkə, müharibə edən Azərbaycan üçün isə tam fəlakətli vəziyyət idi. Ölkənin baş enerji mənbəyi olan Mingəçevir SES-də partlayış  baş vermişdi. 
Cənab Prezident İlham Əliyevin operativ səyləri nəticəsində fəlakət sovuşdu, amma…
Belə hadisələr bir çox ölkələrdə olur, amma həmən anda alternativ mənbələr işə düşür və qəza hiss olunmur. Məlum oldu ki, dövlətin bu məqsədlə ayırdığı  yüz milyonlar təyinatı üzrə xərclənməyib. 
Bəs görəsən həmən dövrdə  Azərenerji-nin prezidenti olan Etibar  Pirverdiyev milyonları hara xərcləmişdi ?
Bir neçə il əvvəl  baş vermiş bu faciəni bu gün  nə üçün yada saldıq. 
Gundelik-baku.com-un sonuncu araşdırmasında bəlli olur ki, Etibar Pirverdiyev ona məxsus Ekspres bankı satışa çıxarıb. 
Ahaa. Bəli, Etibar kimi məmurlar dövlətin ayırdığı milyonlar hesabına özləri üçün özəl banklar yaratmışdılar, övladlarına xaricdə biznes qurmuşdular. 
Və nəticədə ölkəmiz zülmətə qərq oldu.  
Bir vaxtlar Belorusiyada, Moldovada kartof-soğan alveri  edən Etibar Pirverdiyev necə oldu ki, bank sahibi oldu? 
"Azerenerji”nin rəhbəri maxinasiyalar və dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilə bilmişdi. 
Amma ölkəni təhlükəli vəziyyətə  salmışdı. 
Təsəvvür edirsiniz qəzaya görə, ölkə iqtisadiyyatına və vətəndaşlara 500.000.000  manat, yəni yarım MİLYARD ziyan dəymişdi.
Amma Pirverdiyevin şəxsi biznesi çiçəklənirdi.  
Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları və daha nələri. 
Dəvələri yağlamaq üçün  ayrıca biznesi də olub. 
Bayraq Meydanında baş  verənlər də  Etibar  Pirverdiyevin alnında qara ləkədir. 
Ümumiyyətlə, Azerenerjiyə ayrılan dövlət vəsaitlərinin miqdarı insanı  heyrətə gətirir. 
Bu pullar bu gün Londonun biznes  dairələriində fırlanır. Həm də kiminlə şərik şəkildə...
Bəli, Etibar  Pirverdiyevin  qızı Dünya Pirverdiyeva keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir. 
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım  Londonda bir neçə şirkətə  sahibdirlər. 
Ünvanları da budur : 
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE. 
Bəli, iki oliqarx məmurun Azərbaycan xalqından oğurladıqıarı milyonlar banklarda  fırlanır. 
Amma  Etibar Pirverdiyev  həbs olunacağından qorxaraq bankını satıb aradan çıxmaq istəyir.

Kimə satacaq ? 
Bizi izləyin.


Oxşar xəbərlər

Etibar Pirverdiyev ARADAN ÇIXIR? - Əlindəkiləri xırıd etməyə başlayıb...
Etibar Pirverdiyev ona məxsus “Expressbank”ı satır.-  Hansı məmura və neçəyə ?
Balababa Rzayev getdi, Vüqar Əhmədov  gəldi  “Azərişıq” ASC-yə nə dəyişdi ?- Dövlətin ayırdığı  4 milyon bəs etmir ..?
Etibar Pirverdiyevin həbsinə hazırlıq gedir – Bu, iki səbəbə görə baş verəcək…
Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...
Gədəbəydə nə baş verir? - İTTİHAM
Xankəndidə həyəcan siqnalı verilir - Şəhər zülmətə qərq oldu (VİDEO)
Bazarın ən zəif riteyl bankı məlum oldu - KRİTİK DURUM
Əməkdar jurnalist KİVDF-nin qəzetlərə ayırdığı vəsaitdən yazdı: Bu 50, 100 milyon manat...
Azərbaycan bu  ölkəyə humanitar yardım göstərib
Əməkdar jurnalist KİVDF-nin qəzetlərə ayırdığı vəsaitdən yazdı: Bu 50, 100 milyon manat...
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
Aydın Şamoyev  Masazırda nə tikir: məktəb, yoxsa otel ?- Təhsil Nazirliyi,FHN hara baxır ?
Zəfər günü “Holcim”in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Etibar Məmmədovdan İlham Əliyevə məktub: “Bu, düşmənə toy tutulmasıdır”
“Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”
Deputat Cavanşir Feyziyev  3 il  QEYBƏ  çəkilib və …- Müğənniyə  10 milyonluq  obyekt alan  Cavanşir Feyziyev
“Mercedes Benz”in   Azərbaycan üzrə nümayəndəliyində nə baş verir ?-  Nümayəndəliyin keçmiş  rəhbəri  Adolf  Şilderi  əvəz edən şəxs həbs ediləcək...
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Ziya Məmmədovun  Rəsul Quliyevlə  “dəmir yolu”  biznesi- Ramiz Mehdiyev onu həbsdən necə xilas etdi ?
“Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər” - Azərbaycan Prezidenti
Pakistan qaranlığa qərq oldu
İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
Nazir Mikayıl Cabbarov Holcim ASC-də baş verənləri nəzarətə götürdü
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib